Rəqəmsal yayıma keçid: televizorlar göstərmirsə, problemi belə həll edin - VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 262
Səs ver:
(səs: 0)
Bu gündən etibarən Bakı və Abşeron yarımadasında rəqəmsal yayımı dəstəkləməyən televizorlarda kanalları izləmək mümkün deyil. Bu məqsədlə mütləq televizorlara dekoder quraşdırılmalıdır. Bu cihazın quraşdırılması isə bir neçə mərhələdən keçir.
Qadınlar.iz xezerxeber.com-a istinadən bildirir ki, bundan sonrakı mərhələdə isə dekoder və televizora müxtəlif kabellər qoşulmalıdır.

Bundan sonra isə menyudan kanallar axtarışa verilir. Axtarışdan sonra kanalların siyahısı ekrana çıxır.

Milli Televiziya və Radio Şurasının məsləhətçisi Teymur Quliyev deyir ki, 2010-cu ildən bəri istehsal edilən bütün LCD monitorlu televizorlarda rəqəmsal yayım dəstəkləndiyindən dekoder almağa ehtiyac yoxdur. Bundan əlavə, dekoder alarkən nəzərə almaq lazımdır ki, dekoder HD yayımı dəstəkləsin. Əks halda siz adi dekoderlə HD formatda yayımlanan kanalları izləyə bilməyəcəksiz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri