Başqa qadınlarla mesajlaşan ərini belə cəzalandırdı (+21 VİDEO)

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 780
Səs ver:
(səs: 0)
"Sən alçaq, əclaf, qorxaq, eyni zamanda şorgöz insansan. Və buna görə də cəzalanmalısan!"

Çarpayıya uzanmış qadın bir küncdə diz çökmüş ərinə belə deyirdi.

O, ərinə büstqalter geyindirmiş, başına da bez yapışdırmışdı.

Alt paltarında olan kişi çox aciz, mağmın görkəmdə idi.

Milli.Az asiaone-a istinadən bildirir ki, Çinin Quançjou şəhərində yaşayan 29 yaşlı qadın WeChat messenceri vasitəsilə başqa qadınlarla mesajlaşan, həmin qadınlara çılpaq fotolarını yollayan ərinin əməllərini faş edib.

Və qadın ərini cəzalandırmaq qərarına gəlib.

O, tumançaq ərinə çəhrayı rəngli büstqalter geyindirib, başına qadın bezi yapışdırıb, sonra əməllərini smartofun kamerası qarşısında etirafa vadar edib.

Üstəlik, zavallı kişinin qarşısında durian meyvəsinin qabıqları vardı. Tikanlı qabıqları olan durian Cənub-Şərqi Asiya ölkələrində populyar, amma həddən artıq pis qoxuyan meyvədir.

"Zuy Huo Hou Ge" nikli qadın sonradan videonu Çindəki MiaoPai sosial şəbəkəsində paylaşıb.

Qadınla ərinin dialoqunu təqdim edirik:

- Sən etdiyin əməlin iyrəncliyini anlayırsanmı?

- Hə, sevgilim, əziz...

- Mənə sevgilim demə, köpək! Danış, əməlindən danış! Tez ol!

- Nə danışım?! Axşamlar sən yatandan sonra yazışırdım, fotolarımı yollayırdım.

- Qadınlara?

- Hə...

- Lüt fotolarını yollayırdın!

- Hə... Bağışla məni...

- Sus, köpək! Danış, susma!

- Etiraf edirəm ki, səhv etmişəm. Bunu etməməliydim, fotolarımı yollamamalıydım, qadınlarla tanış olmamalıydım.

- Sən niyə diz çökübsən, bilirsən?

- Hə. Sən belə istədin.

- Niyə istədim?

- Çünki pis hərəkət etmişəm.

- Niyə pis hərəkət etmisən?

- Çünki axmağam.

- İndi nə edim səninlə?

- Hər əmrinə tabeyəm.

... Bunu deyəndən sonra kişi ağlamağa başlayıb: "Əziz arvadım, götür bu durian qabıqlarını. Artıq dözə bilmirəm".

Videonun qadın yox, üçüncü şəxs tərəfindən çəkildiyi aydın görünür. Çinli sosial şəbəkə istifadəçilərinin fikrincə, ər də məhz həmin üçüncü şəxsdən qorxduğu üçün belə alçalmağa "razılaşıb".

Quançjou polisi olayla bağlı araşdırmalara başlayıb.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri