Azərbaycanda toy günü gəlinin "DİLİNİ KƏSDİLƏR" - VİDEO

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 1539
Paylaş:
Səs ver:
(səs: 0)
MAŞIN KARVANI, SİQNAL SƏSLƏRİ, UŞAQLARIN "YOLKƏSDİ"Sİ

Ötən əsrin Stalin sürgünündən bəri Azərbaycanda yaşayan Axısqa türkləri yerli sakinlərə nə qədər qaynayıb-qarışsa da, öz adət-ənənələrini də bu günədək qoruyublar. Bu, özəlliklə toy məclislərində açıq-aydın gözə çarpır.

Bura Saatlı rayonunun Şirinbəy kəndidir. Maşın karvanı, siqnal səsləri, uşaqların "yolkəsdi"si... Orada toydu bu gün...

Toy olmağına toydu, amma bəzəkli maşındakı gəlin deyil, bəyin yengəsidir. Beləcə, gəlini deyil, yengəni evindən məclisə təmtəraqla gətirir, hörmət-izzətlə qarşılayırlar. Bu vəzifəni daşıyan şəxs məclisin başında gedir, sözü keçərli olur.

Qonaqların mağara qədəm basması üçün açılış törəni keçirilir. Bu zaman bəy də başının dəstəsi ilə gəlib, qırmızı lenti kəsir. Sonra... Sonra qonaqlar mağardakı yerlərini tuturlar. Adətə görə, kişi məclisi qadın məclisindən ayrı toplaşır...

Ev sahibinin "xoş gəlmisiniz"i ilə toy başlayır. Salamlaşarkən, nəsihətamiz sözlər, şeirlər söyləmək də axısqalıların ənənəsidir. Ev sahibi Binəli Mahmudov bu işi Tovuzda yaşayan İslam adlı qohumuna tapşırır.

Gecikib deyirlər, amma bəyin 22, gəlinin 19 yaşı var. Görünür, axısqalılar 22 yaşı gecikmiş sayırlar.

AŞPAZLAR QAZAN BAŞINA KEÇİR

Toyun bir yaraşığı da yeməkdir. Aşpazlar qazan başına keçib, Toyun sahibindən göstəriş alınca yeməklər məclisə ötürülür...

Yeməyi kişilər bişirsə də, qab-qacaq yenə qadınların öhdəsinə düşür – hə, yu ki yuyasan!..

Xeyir-dua verildi!.. Demək, toy süfrəsindəki yeməklərdən dadmağın əsl vaxtıdır... Süfrəyə bir-birindən dadlı təamlar düzülsə də, spirtli içki görməzsən...

...Qonaqların başı yeməyə qarışmışkən, oğlan evi də fürsət bilib, yollanır gəlinin ardınca...

"ATLILAR" YOLLANIR GƏLİNİN ARDINCA

Axısqalılar ta qədimdən bəri gəlini aparmağa gələnlərə "atlılar" deyib. Bu söz avtomobil çıxandan sonra da dildən düşməyib. Şirinbəydən gələn "atlılar" Fətəlikənddəki gəlin evindən, cehiz, qab-qacaq, üstəlik, ev quşu da götürürlər ki, gəlinlə birgə xeyir-bərəkət də aparsınlar.

Qız evində qonaqlar əvvəlcə şərbət içir... Bu, təzə qohumluğun şirin olması üçündür. Sonra gəlin onların yanına gəlir. Qarşılarında 3 dəfə baş əyib ər evinə sayğısını göstərir...

Gəlinin əlinə xına yaxıb, başına duvaq salırlar. Bax indi gəlin oğlan evinə getməyə hazır sayılır...

Qonaqlara şirinlik paylayandan sonra gəlini aparmağa gələn oğlan evinin ağsaqqalı irəli çıxır... Gəlinin belinə qırmızı lenti qardaşı bağlayır, amma şirinlik payını alandan sonra...

Gəlin ata evindən çıxanda dualar səslənir. Yolda toy karvanının önünü kəsən uşaqlar şirinlik almamış yolu açmırlar.

GƏLİNİN "DİLİNİN AÇARI" QAYINANASINA VERİLİR

Budur, gəlin bundan belə öz evi sayılacaq ər evinə çatır. Toy günü gəlinin adına bir damazlıq heyvan ayrılır və ona nişan vurulur. Sonrakı vaxtlarda ailə nə qədər çətinliyə düşsə də, o heyvanı kəsə, sata, dəyişə və ya başqasına pay verə bilməz.

Axısqa toyunun ən maraqlı və özəl məqamı "dilin kəsilməyidir". Başına şal atılmış gəlinin önündə bəyin sağdışı iki bıçağı bir-birinə sürtüb oynayır. Birdən musiqi kəsilir və o, bütün bunları seyr edən qadınlardan soruşur:

-Xanım nənələr, xanım bibilər, gəlinin dilini kəsək, yoxsa lisanını?
"Lisan" da el dilində də elə dil deməkdir.

Sorğu üç dəfə təkrarlanır və şalın üzərinə salınan dəsmal bıçaqla götürülüb-qoyulur, sonuncu dəfə də aparılıb gəlinin qayınanasına təhvil verilir.

Bu adətlə gəlinə tövsiyə olunur ki, gəldiyi evdə səsini ucaltmasın, heç kəsə cavab qaytarmasın, evin sirrini dağıtmasın. Və bu gündən etibarən dilinin "açarı" qayınanasına verilir.

Gəlin hər kəsə baş əyir. Duvağı açılandan sonra o, toy əhlinə arxa çevirməsin deyə, dalı-dalı yeriyir...

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1539
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
Maraqli adetdir.
5 noyabr 2016 15:57
6
Burax bütün insanlar səni tanısın,
amma heç kim səni tam olaraq tanımasın.
İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
Offline
vipbetul
maraqsiz adetdir tekrar xeberdir
3 noyabr 2016 09:36
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
krisa
Yene tekrar xeber.Sevirsiz da,tekrar xeberleri paylasmaqdan.
2 noyabr 2016 23:49
4
Offline
Onun_Mələyi
təkrar xəbərdir....
2 noyabr 2016 23:24
3
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
BARBI
Maraqli adetlerdi.Gelinjn dilinin hzun olmasini hec kes istemez
2 noyabr 2016 23:15
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
duymecik
Ne qeribe ve maragli adetleri var
2 noyabr 2016 23:04
1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv