Bakının məşhur "Aeroport sumkası" necə dünya brendi oldu? - FOTO

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 3 731
Səs ver:
(səs: 0)
Hər birimizin "aeroport sumkası”, "yük sumkası” kimi tanıdığmız çantalar bu ilin dəbinə çevrilib. Belə ki, məşhur "Balenciaga" markası 2016-cı il kolleksiyasına "aeroport” çantasına bənzər çanta modelləri əlavə edib. Onların qiyməti təxminən 3200 manatdır.

Futbolçu Pavel Poqrebnyakın həyat yoldaşı Mariya Moskva restoranlarından birində bu çanta ilə görünüb.

Məsələni maraqlı edən odur ki, 3200 manat dəyəri olan bu çantalar bazarlarda 1-2 manata satılır.

Mövzu ilə bağlı açıqlama verən modelyer Elnarə Bəkirova bildirib ki, bu çantalar keçən ildən dəbdədir və olduqca böyük marağa səbəb olub: "Məşhur brend markasının istehsal etdiyi həmin çantalar bizim nənə-babalarımızın bazara gedərkən apardıqları çantalara bənzəyir. Sadəcə onların materialında fərq var. Belə ki, bu çantalar brenddir və brend olduğu, adını brendləşdirdiyi üçün yüksək qiymətə satır.

Bu gün dünyada onlara böyük maraq var. Hətta onu almaq üçün növbədə durub gözləyən insanlar mövcuddur. Onun materialı, ona sərf olunan saplar, eləcə də üzərində istifadə olunan rənglər tərkibinə görə tam fərqlidir.

Dünyada bu çantalar qəbul olunsa da, bizdə olduqca marağa səbəb olub. Çünki, bizim bazarlarda bu çantalara rast gəlmək olur. Avropadakı dəbi daim izləyirik. İnanmıram ki, onlar bizim aeroportda satılan çantadan xəbərdar olsunlar".


Bakının məşhur "Aeroport sumkası" necə dünya brendi oldu? - FOTO








(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri