Məşhur şokolad Azərbaycana Ermənistandan gətirilir - Şok faktlar (VİDEO)

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 550
Səs ver:
(səs: 0)
“Qafqazinfo” məsələ ilə bağlı “Engin LTD” şirkətinin Xarici əlaqələr üzrə direktoru Leyla Seyidzadə ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Azərbaycana Ermənistandan mal idxal olunması düzgün deyil: “ Çünki dövlət təhlükəsizliyi ilə bağlı olaraq Azərbaycana Ermənistandan birbaşa məhsul idxal oluna bilməz. Biz rəsmi şirkətik. “Ferroro” şirkətinin 2003- cü ildən etibarən Azərbaycanda eksklüziv distrübyutoru kimi çalışırıq.

Rus dilindəki etiketdə Ermənistanın adının qeyd olunmasının bir səbəbi var. Ermənistanla Rusiya eyni gömrük assosiasıyasının üzvüdürlər. Buna görə də rus dilində yazılıb. Amma yazılanlar o deməkdir ki, “Slav Qrup” adlanan şirkət yalnız Ermənistan ərazisində “Raffaello” məhsulunu satır. Azərbaycanda isə “Engin” şirkəti olaraq biz distrübyutoruq. Biz də onu Ermənistandan deyil, Polşadan, İtaliyadan idxal edirik. Məhsulun üzərinə ona görə stiker yapışdırılıb ki, bəzi məlumatlar əvvəlcədən etiketdə göstərilməyib. Ona görə də əlavə məlumatlar stiker vasitəsilə qeyd olunub.

Biz o rus dilində olan etiketi bağlayıb üzərindən başqa bir məlumat qoymuruq. Bu cür vəziyyət bir neçə dəfə mövcud olub. Bəzən elə olub ki, etiketin üzərində Azərbaycan dili olmayıb, ona görə də əvvəlcədən bazara satmamışdan qabaq malların üzərinə stikerlər vurmuşuq.

“Engin LTD” şirkətinin sonradan yapışdırdığı stiker



Biz bütün partnyorlarımıza malların üzərində hansı məlumatların yazılacağı ilə bağlı məlumatları göndəririk. Bu dəfə isə bəzi partiya mallarda xətaya yol verilib. Biz Polşadan idxal etmişik. “Ferroro” şirkətinin bir neçə ölkədə zavodları var. Bu bir loqistika məsələsidir.


[media=https://youtu.be/RhxKEw4FxrU]
Hazırda stikerləşmə prosesindəyik. Amma bazardan yığışdırılmaq üçün əsas yoxdur. Yanlış başa düşülən məlumatdır. Yalnız rus dilində olan etiketdə idxalçı ölkə olaraq Ermənistanın adı qeyd olunub. Gürcü dilində isə qeyd olunmayıb. Rus dilində qeyd olunmasının isə səbəbini izah etdim”.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlak bazarlarına nəzarət xidməti şöbəsinin müdiri Fazil Vəliyev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, istehlakçıların bununla bağlı şikayətləri varsa “Qaynar Xətt”ə müraciət etsinlər: “Bundan sonra biz adıçəkilən şokolodın markalanması ilə bağlı problem varsa, monitorinqlər apara bilərik. Ümumiyyətlə isə, biz təsdiq olunmuş qrafikə uyğun olaraq marketlərdə monitorinqlər aparırıq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, etiketdə xaricdə idxalçı ölkə olaraq Ermənistanın adı yazılırsa, belə çıxır ki, mal Ermənistandan Azərbaycana idxal olunub: “Bu da yol verilməzdir. Sonradan stikerin yapışdırılmasının isə əsası yoxdur. Bununla belə, mən birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarıyam. Lakin Ermənistandan bizə idxalın tərəfdarı deyiləm. Ancaq üçüncü ölkə vasitəsilə Ermənistandan Azərbaycana mal gələ bilər. Tbilisidə hər gün azərbaycanlılarla ermənilər görüşür. Ermənistanın kənd təsərrüfatı malları da Gürcüstan vasitəsilə Azərbaycana gəlir. Ancaq Azərbaycanla Ermənistan arasında ticarət tərəfdaşlığı yoxdur. Bu məsələdə biznes qurumları ehtiyatlı olsunlar. Ermənistana idxal olunmuş məhsulun bizə gəlməsi prosesi dayandırılsın. Qanunda yazılıb ki, yalnız körpə qidalarının üçüncü ölkədən Azərbaycana idxalı qadağandır. Birbaşa istehsalçıdan daxil olmalıdır. Qanunda isə “Ermənistandan Azərbaycana mal idxal oluna bilməz” maddəsi yoxdur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına uzun illərdir üzv olmamasının səbəbi odur ki, Ermənistandan Azərbaycana mal idxal olunmasın”.

Qeyd edək ki, “Engin LTD” şirkəti “Ariel”, “Tide”, “Pampers”, “Pantene”, “Gillette”, “Head and shoulders”, “Discreet”, “Fairy”, “Always”, “Safeguard”, “Lenor”, “Oral-b” “ Blendamed”, “ Bonux” , “Ace” , “ Comet”, “ Nutella” “ Tat”, “ Solo”, “Selpak” , “Kinder” və. s kimi onlarla məhsulun ölkəmizdə distrübyutorudur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri