Azərbaycanda xəstəxananın işığı söndü, küvezdə körpə uşaq... - VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3 028
Səs ver:
(səs: 0)
Mərkəzi Xəstəxanaya verilən elektrik enerjisi borca görə kəsilib.

İçərisində onlarla ağır xəstəsi olan Ağsu Mərkəzi Rayon Xəstəxanasının işığı kəsilib. Buna səbəb xəstəxananın işığa olan borcudur. Bəs görəsən, buradakı xəstələrdən hansısa sırf bu problemə görə həyatını itirsə, məsuliyyəti kim daşıyacaq?

BiG.AZ xəbər verir ki, Xəzər TV məsələni araşdırıb.

İçərisində 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr və hətta küvezdə yeni doğulan körpə olmasına baxmayaraq, xəstəxananın işığı kəsilib. Ağsuda baş verən bu hadisəyə səbəb isə Mərkəzi Xəstəxananın elektrik enerjisinə olan borcunu ödəməməsi olub.

Hadisə xəstəxana rəhbərliyi, xəstələr, eləcə də xəstə yaxınları tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda işığa olan tələbatını generatorla ödəməyə çalışan xəstəxana bu yolla çətinliyi aradan qaldırmağa çalışır.

İki gündür ki, xəstəxana işığa olan tələbatını generator vasitəsilə ödəyir. Generator da olmasa, xəstəxananın fəaliyyəti tamam dayanar.

Generatorun işığının ani sönməsi isə reanimasiyada olan xəstələrin həyatını sual altında qoyur.

“Azərişıq”ın Ağsu rayon şöbəsinin rəisi Gülxan Zülfüqarov isə bildirir ki, xəstəxana 7 aydır ki ödəniş etmir və hazırda borcun miqdarı 28 min manatdır, borc ödənməyənədək xəstəxanaya elektrik enerjisinin verilməsi bərpa edilməyəcək.

Maraqlıdır, görəsən, iki dövlət qurumu arasındakı anlaşmazlıq hansısa xəstənin ölümünə və ya daha ağır xəstəliyə düçar olmasına səbəb olarsa, bunun məsuliyyətini kim daşıyacaq? Vəkil Xəyal Bəşirovun sözlərinə görə, burda ilk məsuliyyəti elə xəstəxananın özü daşıyır.

Ancaq Xəyal Bəşirovun sözlərinə görə, bu, o demək deyil ki, burada “Azərişiq” hansısa məsuliyyət daşımayacaq. Belə ki, energetika haqqında qanunda göstərilir ki, elektrik təchizatı borca görə o vaxt kəsilə bilər ki, başqa istehlakçıların hüquqlarını pozmasın. Burada isə nəinki istehlakçının hüququnun pozulması, hətta insanların həyatı müzakirə mövzusudur.


(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 028
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri