Vəhabilər rayonlardan Bakıya axışır - Terror paytaxtın bir addımlığında - Ayıq Olun!

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 1765
Paylaş:
Səs ver:
(səs: 0)
Rusiya mənbələrindən həyəcan siqnalı

Azərbaycanın rayonlarından vəhabi təriqətinə məxsus şəxslər ailələri ilə birlikdə paytaxt Bakıya axın etməyə başlayıblar. -aradağ və Yasamal rayonlarında aparılan araşdırmadan məlum olub ki, bölgələrdən gələn vəhabilər kirayə evlər tutur və orada məskunlaşırlar. Təriqət üzvlərinin son həftələrdə çoxalmasını rayonlarda yaşayan sakinlər də təsdiq edirlər.

Lakin sakinlər ünsiyyət qurmaqdan qaçdığı vəhabilərin Azərbaycan rayonlarından, yoxsa digər ölkələrdən gəldikləri barədə heç bir məlumata sahib olmadıqlarını deyirlər.

Rus mənbələrdən xəbərdarlıq

Rusiya KİV-lərində radikal sələfi-vəhabi təriqətinin daşıyıcı olan “Qaidə” şəbəkəsinə daxil terror təşkilatlarının (İŞİD, “ən-Nüsra”) üzvlərinin tədricən Yaxın Şərqdən çıxmaları barədə məlumatların yayıldığı vaxt bu, narahatlığa səbəb olmalıdır. Rusiya mənbələri yazırlar ki, Suriya və İraqdan qaçmağa başlayan Orta Asiya, Rusiya, o cümlədən Azərbaycandan olan radikal vəhabilər öz ölkələrinə qayıtmağa başlayıblar. Birdən-birə təriqət mənsublarının paytaxtda çoxalmaları da müəyyən ehtimallar yaradır.

Radikalların məkan axtarışı

Qaradağ rayonunun Ələt qəsəbəsində bir neçə gün əvvəl sərnişin avtobusunun partlatmaq istəyən terrorçunun zərərsizləşdirilməsi də bu təhlükədən xəbər verir. Məlumdur ki, “Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində zərərsizləşdirilib. DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olduğunu müəyyənləşdirib. Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmağa cəhd edərək müqavimət göstərməyə çalışıb. Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib. A.Quliyevlə yanaşı daha bir terrorçu məhv edilib, daha biri isə tutulub. Müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər.

Şəbəkələşmə prosesinə start verilib?

Təhlükəsizlik üzrə ekspertlər Yaxın Şərqdən qaçaraq Azərbaycana üz tutan, o cümlədən ölkənin özündə fəaliyyət göstərən radikalların şəbəkələşməyə başladıqlarını istisna etmirlər.

Hesab olunur ki, bu, Suriya və İraqda sıxışdırılan “Qaidə” şəbəkəsinin özünə yeni məkan axtarışının nəticəsidir. Ekspertlər paytaxtda artan vəhabilərin “Qafqaz camaatı”nın üzvləri olması ehtimalını da gözardı etmirlər. Hüquq mühafizə və təhlükəsizlik orqanlarının paytaxt və ətrafında, bölgələrdə təhlükəsizlik tədbirlərini gücləndirməsi də terror təhlükəsinin ölkəmizə yaxınlaşmasından xəbər verir.(Cebhe.info)

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1765
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
Vay vay...birce terrorcu manyaklarimiz catmirdi,siz olesiz bir siz eskik idiz olkemizde.Yaxwi wey olsa hec axin etmezler Azerbaycana,eksine burdan gederler.
Rayonlarda vehabilerin artmagi dogrudur,Bakidan temizleyirler,rayonlarda nezaret zeifdir,deye ora axiwirlar coxusu.Ozum wahidiyem,mene hec bir delil subut lazim deyil.
8 noyabr 2016 00:31
5
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Onun_Mələyi
ummuselma--siz vahabisiz?buna ne delil ne subut?
7 noyabr 2016 22:34
4
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
ummuselma
İnsanlar haqqında delilsiz subutsuz danışmayın.
7 noyabr 2016 21:49
3
Offline
Onun_Mələyi
vahibiler gurcustanda da var.onlar oqlan uwaqlarna cavanlara pul verib wirnikdirirler.sora da uwaqlari vahabi edirler. bir qohummuzun yaşadığı rayonda iki qardaw vahabi olmuwdu.ataları nerviden xestelik tapdi. olende de vahibiler emir etdiki atani qece basdir.elede elediler.oz qanunlari ile qetmeli onlar diyeni etmelisen,birini vahabilere qowulmuwdu .ona emir etdiler ki bacin qwengdi onu bize getir.buda özünü öldürdü bacisini aparmadi.onlara qowulan kes onlar diyeni etmelidir döndü yoxdur o yoldan.bir tek özünü oldurene hecne etmezler.valideyinler oqul evladlarna qorumali,gozden qoymamalidirlar.
7 noyabr 2016 16:30
2
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
vipbetul
vehabiler artir seherde gun-gunden
7 noyabr 2016 13:59
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv