Bakıda 15 yaşlı qızın dəhşəti: "Atam məni yataq otağına apardı..."

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 3399
Paylaş:
Səs ver:
(səs: 0)
Bakıda ata qızına təcavüz etmək istəyib, istəyinə çata bilmədikdə isə onu döyüb. Hadisə bir neçə gün əvvəl Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidə baş verib.

Atasının çirkin niyyəti ilə üzləşən 15 yaşlı Fatimə başına gələnləri criminal.az saytına danışıb. Bildirib ki, anası Esmira Muradova 12 il əvvəl atası Nafis Abdullayeva ilə qeyri-rəsmi münasibətdə olub:

"Üç il əvvəl anam telefonda Nafislə dava etdi və bizi xalamgilə apardı. Bir müddət xalamgildə qaldıq. Nafis isə anama zəng edərək evə gəlməyimizi istədi. Biz evə qayıtdıq. Bundan sonra da davalar bitmədi. Bir dəfə qardaşlarının, daha sonra qonşuların yanında anamı təhqir etdi və döydü. Məcbur olub yenidən evdən çıxmalı olduq. Dekabrın 6-da axşam atam dostu ilə gəlib bizi xalamgildən götürdü. Qorxduğumuz üçün xalamın əri də bizimlə getdi.

Evə çatandan sonra Nafis yenidən anamı döydü. Yataq otağında anama vəhşicəsinə zərbələr vurdu. Anam ağlayaraq hamama qaçdı, Nafis isə məni qolumdan dartaraq yataq otağına apardı, qapını isə açarla bağladı. Əvvəl mənimlə söhbət etdi, sonra isə atam deyilmiş kimi mənə qarşı hərəkətlər etməyə başladı. Məni paltar şkafına sıxaraq məcburi öpürdü. Onu nə qədər itələsəm də, əl çəkmirdi. Qorxurdum, o mənə qarşı başqa hərəkət etmək istəyirdi. Onu var gücümlə itələyərək qaçdım.

Bəxtimdən açar qapının üstündə idi. Cəld qapını açaraq anamın üstünə qaçdım. Olanları anama başa salmağa çalışdım. Nafis saçımdan tutaraq "heç kimə demə" deyərək üstümə qışqırırdı. Anamın gözünə siqaretin külünü tökmüşdü. Nafis bıçaq götürərək anamın üstünə cumdu, anama "səni də öldürərəm, qızını da" deyirdi. Mən isə dözməyərək, baş verənlərin təsiri altında mətbəx bıçağıyla Nafisi belindən bıçaqladım. Təcili yardım çağırdıq, anam 102-yə zəng etdi, olanları danışdı. Polislər bizdən izahat aldı, bundan sonra bir müddət xalamın evində qaldıq. Sonra isə sığınacağa yerləşdik.

Bundan sonra evimizə köçürülməyimiz, eyni zamanda evdə baş verənlərlə bağlı Xəzər Rayon Məhkəməsində iş başladı. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlandı. 2015-ci ildə biz məhkəmə qərarı ilə evimizə köçürüldük. Amma Nəfis və onun keçmiş həyat yoldaşı Dilarə iki uşağı ilə bizimlə eyni həyətdə olurdu. Nafis isə bizimlə birlikdə qalırdı. Lakin bundan sonra da Nafis bizə işgəncə verir, anamı döyürdü. Bir dəfə məni hamamda möhkəm döydü, məni otağa salaraq qapısını arxadan bağladı.

Günorta eşitdim ki, Nəfis anama bıçaq çəkərək evin sənədlərinin onun adına keçirilməsini tələb edib. Bundan sonra onlar bələdiyyəyə gediblər və anama məcburi ərizə yazdırıb. Sonra Nəfis bir müddət bizi evdən bayıra buraxmadı, telefonlarımızı əlimizdən aldı. Beş aydan sonra telefonumuzu telefonumuzu geri qaytardi. Eşitdik ki, xalam rəhmətə gedib. Başımız xalamın yasına qarışan vaxt Nəfis bundan istifadə edərək aşağı evi satıb. Bu il martın 6-da evdə Nəfisin birinci arvadı Dilarə bizimlə dava etdi. Mən də dözməyərək cavab qaytardım. Dilarə əlindəki vedrə ilə məni vuraraq yaraladı. Xəstəxanada sol qaşıma 5 tikiş qoyuldu.

Bundan sonra evimizə getməyə qorxduq. Nəfis isə dayanmadan zənglər edirdi. Bir neçə gün əvvəl, daha dəqiq desək, iyulun 7-də evimizə qayıdanda gördük ki, balaca ev də satılıb. Elə həmin gündən Nəfislə birlikdə yaşayırıq, yenə içib sərxoş olur. Polisdə münaqişəli ailə kimi qeydiyyata alınsaq da, köməklik edən yoxdur" - deyə Fatimə vurğuladı.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3399
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Ne deyek bele insanlarda var.Allah komeyi olsun
8 noyabr 2016 05:12
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
YalniZ-ArZu
Bu biyabirci kohne xeberleri hansi agilnan paylawirsiz bir bile bilseydim derdim olmazdi.
8 noyabr 2016 00:38
5
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
duymecik
Bu huquq muhafize orqanlarinin iwi göresen nedi. Camaatin ölmeyin gözluyurlerki
7 noyabr 2016 23:01
4
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Offline
vipbetul
Allah lenet etsiun ele serefsizlere en boyuk gunah ele mes o qadinda olubki vaxtinda huquq muhafize orqanlarina sikayet etmeyib
7 noyabr 2016 22:49
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Turkan Abbasova
Nece vəhşi insanlar var. Allah gostermesin. Belə axmaqlari hebse atmaq lazımdı agillari başlarına gəlsin. Gündə arvadın döyür qızına təcavüz etmək istəyir. AMMA azadlıqda gəzir. Bu necə qanundu axı .o gün xosqedeme niyə belə veriliş aparirsiz deyən deputat gəl kömək etde indi hardasan? Sənə müraciət etsələr etsələr diyersen gedin başqa ünvana. Nə bilim allah köməkləri olsun
7 noyabr 2016 22:17
2
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
Onun_Mələyi
tekrar xeber olsada werh yazim dedim.Yaziq anası ve qiz...ele atanin boyunu yere soxum .Allah her weyi bilir ve görür...herkesin cvbni layiq olduğu qeder verecek inwallah.
7 noyabr 2016 22:13
1
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook