Azərbaycanlı nazirlərin keçmişi - müəllim, maşinist, fəhlə...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 4 663
Səs ver:
(səs: 0)
Ölkənin müxtəlif sahələrinə rəhbərlik edən, hər gün televiziyada, mətbuatda gördüyümüz, barələrində dəfələrlə müzakirələr apardığımız nazirlərimizin keçmişi yəqin ki, hamımız üçün maraqlıdır.

Nazirlərimizin keçmişi, ilk və son iş yerləri ilə bağlı məlumatları oxuculara təqdim edir.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əmək fəaliyyətinə sıravi polis nəfəri kimi başlayıb. 1970-ci ildən DİN sistemində olan gələcək nazir 1994-cü ildən nazir kimi fəaliyyət göstərir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ilk iş yeri uzaq Sibirdə yerləşən hərbi hissədə tağım komandiri vəzifəsi olub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində fəaliyyətə başlayıb. Burada texnik və geoloq vəzifələrində çalışan K.Heydərov sonradan biznes fəaliyyətilə məşğul olub. 10 ilə yaxındır Fövqəladə hallar naziri vəzifəsini daşıyır.

Vergilər naziri Fazil Məmmədovun ilk iş yeri Gəncədə iqtisadçı vəzifəsi olub. Daha sonra kollecdə müəllim kimi çalışan F.Məmmədov sonradan Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsini daşıyıb və 1999-cu ildən ölkənin vergi siyasətinin həyata keçirilməsinə rəhbərlik edir.

Xarici İşlər naziri Elmar Məmmədyarov 22 yaşında hazırda rəhbərlik etdiyi nazirlikdə yüksək vəzifə tutub və nazir təyinatına qədər ölkəmizi İtaliyada səfir kimi təmsil edib. 11 ildən artıqdır ki, ölkənin baş diplomatıdır.

Nəqliyyat naziri Ziya Məmmədov əmək fəaliyyətinə Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. Uzun müddətdir nazir vəzifəsində çalışan Z.Məmmədov buna qədər Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olub.

Energetika naziri Natiq Əliyev "Azdənizneftkəşfiyyat" trestində geoloq kimi fəaliyyətə başlayıb. Bir müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini tutan N.Əliyev hazırda nazir vəzifəsi daşıyır.

Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Ramin Quluzadə Heydər Əliyev Fondunda rəhbər vəzifələr tutub. Fondun İşlər müdiri olub.

Müdafiə Sənayesi naziri Yavər Camalov "Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru kimi əmək fəaliyyətinə başlayıb. "Azneft” İstehsalat Birliyinin baş direktoru postunu tutan Y.Camalov xeyli müddətdir ki, Müdafiə Sənayesi naziridir.

Təhsil naziri Mikayıl Cabbarov ölkənin ən gənc naziridir və iki ildir ki, təhsil sahəsinə rəhbərlik edir. ABŞ-da təhsil alan nazir elə həmin ölkədə vəkil kimi fəaliyyətə başlayıb. ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

Səhiyyə naziri Oqtay Şirəliyev ölkənin tanınmış həkimlərindən biri olub. Bir müddət Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edən nazir hazırda ölkə səhiyyəsinə rəhbərlik edir.

Ədliyyə naziri Fikrət Məmmədov hüquqşünasdır və ilk iş yeri rayon prokurorunun köməkçisi vəzifəsi olub. 17 ildir ki, ölkənin ədliyyə sahəsində rəhbərlik edir.

Gənclər və İdman naziri Azad Rəhimov əmək fəaliyyyətinə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. Nazir təyinatına qədər biznes fəaliyyəti ilə məşğul olan A.Rəhimov 11 ildir bu vəzifədə çalışır.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin ilk iş yeri Saatlı rayonunda yerləşən M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimliyi olub. 10 ildir ki, Mədəniyyət və Turizm naziri vəzifəsində çalışır.

İqtisadiyyat naziri Şahin Mustafayev ilk olaraq Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. ARDNŞ-in vitse-prezidenti, Vergilər nazirinin müavini vəzifələrində çalışan Ş.Mustafayev 9 ildir nazir postunu tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov əmək fəaliyyətinə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim kimi başlayıb. Müxtəlif dönəmlərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, Dövlət Sosial Müdafiə Fondunun sədri postlarını tutan S.Müslümov iki ilə yaxındır nazir təyin olunub.

Kənd Təsərrüfatı naziri Heydər Əsədovun ilk işi fəhləçilik olub. Sonradan uğurlu karyera sıçrayışı edən gələcək nazir üç ildən artıqdır ki, nazir vəzifəsindədir.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim işləyib. "Qərb” Universitetinin sahibi olan nazir 15 ildir postunu qoruyur.

Maliyyə naziri Samir Şərifov Bakıda və Yəməndə iqtisadçı kimi çalışıb. İstedadlı iqtisadçılardan sayılan S.Şərifov əvvəlcə Dövlət Neft Fonduna, hazırda isə Maliyyə naziri postunda çalışır. (aktual.az)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri