Xərçəng olmamaq üçün bu orqanınızı qoruyun

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 061
Səs ver:
(səs: 0)
Xərçəng olmamaq üçün bağırsaqlarınızın qayğısına qalın.

Sağlam bağırsaqlara sahib olmaq üçün sağlam qidalanmağa diqqət çəkən mütəxəssislər, probiotik qidaların istehlak edilməsini zəruri hesab edirlər.

Sağlamlığı məhv edən bir çox xəstəliyin ilk olaraq bağırsaqlarda yarandığını bildirən mütəxəssislər, xeyirli bağırsaq bakteriyalarının orqanizmin immun sistemini gücləndirdiyini qeyd etdilər. Xeyirli bağırsaq bakteriyaları xərçəng, ishal, iltihab kimi xəstəliklərin qarşısını alır. Lakin mütəxəssislər sağlam bağırsağa sahib olmaq üçün qidalanmağın da çox önəmli olduğunu bildirdilər.

Yetkin bir insanın bağırsağında 100 trilyona qədər canlı bakteriya və göbələk var və bunlar normal bağırsaq florasını yaradırlar. Bunların bir qismi faydalı, bir qismi isə, zərərli bakteriyalardır. Sağlam insanlarda faydalı bakteriyaların sayı çoxdur. Bağırsaqda olan bakteriyaların 85 faizi probiotik dediyimiz xeyirli bakteriyalardır. Bu xeyirli bakteriyalar bağırsaq divarlarını qoruyucu bir təbəqə şəklində əhatə edirlər. Xeyirli bağırsaq bakteriyaları immuniteti gücləndirir. Onlar B7 (biotin), B12 və K elementlərini sintezləşdirirlər, bağırsaq divarını zərərli maddələrdən qoruyur, xərçəngi, ishalı, iltihab və qəbizliyin qarşısını alırlar.

Bu səbəbdən də, bağırsaq sağlamlığı çox önəmlidir. Bu sağlamlığı əldə etməyin başında isə, düzgün qidalanmaq durur.

Deyerler.Org
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri