Azərbaycanda toy günü biabırçılıq: Bəy gəlini döyüb atası evinə göndərdi - SƏBƏB İSƏ ŞOK!

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3252
Paylaş:
Səs ver:
(səs: 0)
İttihama görə, İ.Q. Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub. İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Gəlin uşaq ikən dayısı oğlu tərəfindən zorlandığını deyib. İ.Q. həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb. Toy gecəsi İ.Q. qızı döyərək evdən qovub.
A.Q. ata evinə üz tutub. Övladlarının qan içərisində evlərinə döndüyünü görən Quluzadələr ailəsi polisə şikayət edərək qızlarını toy gecəsi İ.Q.-nin zorladığını bildiriblər. Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayonunda həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Həmin vaxt polis intihara cəhdin qarşısını alıb. Məhkəmədə ifadə verən İ.Q. elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb.
Onun sözlərinə görə, bu səbəbdən də Quluzadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar. Zərərçəkən qismində məhkəmədə ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxsin onu zorladığını bildirib. Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb və İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya şikayəti veriblər.
Şikayətdə qeyd edilib ki, İ.Q.-nin təqsirləndirilən şəxs kimi əməlində cinayət tərkibi yoxdur. Onlar rayon məhkəməsinin hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmədə müdafiə tərəfi seksual xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib. Vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertiza təyin edilib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3252
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
krisa
Ay Allahim bu xeberi ne qeder yaymaq olar.Hamisi diqqetsizlik ucbatindan bax bu sehvlere yol verilir.
10 noyabr 2016 18:17
3
Offline
duymecik
Kiflenmiw xeber
10 noyabr 2016 15:33
2
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Offline
vipbetul
bu ki coxdanin xeberidir
10 noyabr 2016 15:03
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv