RÜSVAYÇILIQ: 10 yaşında hamilə qaldı, abort isə qadağandır - ŞOK FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3 278
Səs ver:
(səs: 0)
Paraqvayda 10 yaşlı qızın 20 həftəlik hamilə olduğu xəstəxanada bilinəndə hadisə xəbər başlıqlarında yer aldı.

Lakin kiçik qızın bu vəziyyəti Cənubi Amerikada təəssüflər olsun ki, nadir rast gəlinən bir hadisə deyildi. 7 milyonluq əhalisi olan Paraqvayda keçən il 14 yaşına çatmamış 700-dən çox qız uşağı doğum edib.

10 yaşlı Mainumby isə ilk olaraq, qarın ağrısından şikayət etdiyi bildirilib. Anasının onu fərqli klinikalara aparmasına baxmayaraq, ağrısı davam edən uşağa diaqnoz ancaq üç aydan sonra başqa bir xəstəxanada qoyulub. O hamilə idi, özüdə 20 həftəlik. Əsas faciə isə bu ölkədə abortun qadağan olunması idi. Qızı bu hala salanının kimliyi dəqiq bilinməsə də onun ögəy atası şübhəli bilinərək, nəzarətə alınmışdı. Ölkəni isə qızın sağlamlığı narahat edirdi.

Beynəlxalq Əfv Təşkilatı qızın abortuna icazə verməsi üçün dövlətə müraciət edərkən, BMT insan hüquqları mütəxəssisləri Paraqvayın tənqid edən açıqlamalar verib. Lakin səlahiyyətli şəxslər qoyduqları qanunu pozmaqda israrlı görünür. Paraqvayın səhiyyə naziri Antonio Barrios bu hadisəylə bağlı açıqlama verib. O bildirib ki, "Mainumby'e edilən psixoloji kömək , qızın xoşbəxt olduğunu və heç bir problemi olmadığını göstərib. Qızın həyatı təhlükədə olmadığı üçün bizim üçün tək variant hamiləliyə davam etməsidir “.

Ölkədə baş verən bu qədər çaxnaşmadan sonra dövlət qanunu pozmadı və 10 yaşlı Mainumby qız uşağı dünyaya gətirdi. Paraqvay xalqı isə dövləti bu addımına görə bağışlamadı. Onlar düşünür ki, kiçik yaşdakı hamiləliyin bir yetkin insanla müqayisədə riskli olduğu üçün dövlət qızın həyatıyla qumar oynadı./atv.az/

RÜSVAYÇILIQ: 10 yaşında hamilə qaldı, abort isə qadağandır - ŞOK FOTOLAR



(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri