WhatsApp-da möhtəşəm YENİLİK

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 280
Səs ver:
(səs: 0)
WhatsApp iki addımlı sərt təhlükəsizlik sistemini təqdim etməyə hazırlaşır.

BiG.AZ technote.az-a istinadən bildirir ki, ən sonuncu beta versiya bu funksiyanı özü ilə gətirir və digər istifadəçilər üçün də qısa zamanda aktivləşdiriləcək.

Qısaca olaraq, bu funksiya WhatsApp proqramını quraşdırarkən əlavə mərhələ olaraq 6 rəqəmli şifrə yazmağınızı tələb edir. Normalda WhatsApp quraşdırarkən nömrəni təsdiq etmək üçün mətn mesajı alırıq. Amma yeni funksiya telefonun həqiqətən sizə məxsus olduğunu aydınlaşdırmağa kömək edir.
İki addımlı qoruma sistemini aktivləşdirmək üçün "Tənzimləmələr" bölməsində "Hesab"a daxil oluruq və buradan prosesi başlatmaq üçün "Two-step verification" (İki-addımlı təsdiqləmə) variantını seçirik.
Buna baxmayaraq WhatsApp-ın sənədlərinə görə bəzi xəbərdarlıqlar var:

Əgər iki addımlı təsdiqləmə sistemi aktivləşdirilibsə, sizin nömrəniz proqramdan istifadə tarixindən 7 gün ərzində təsdiqləmə şifrəsi olmadan yenidən təsdiq oluna bilməz. Hətta, siz şəxsi kodunuzu unutduğunuz və iki addımlı təsdiqləmə funksiyasını deaktiv etmək üçün heç bir e-mail təmin etmədiyiniz halda 7 gün ərzində nömrənizi təsdiq edə bilməzsiniz və WhatsApp-dan istifadə etmək mümkün olmayacaq.
7 gündən sonra WhatsApp nömrənizi yenidən şifrəsiz təsdiqləməyə icazə verəcək, amma bu zaman sizi gözləyən bütün yeni mesajlar, o cümlədən, bütün söhbət çatları silinəcək. Əgər sizin nömrəniz proqramdan istifadədən 30 gün sonra yenidən şifrəsiz təsdiq olunarsa, bu zaman proses zamanı hesabınız WhatsApp-dan silinəcək və yenidən yaradılacaq.

Bunların qarşısını almaq üçün funksiyanı aktivləşdirərkən e-mail daxil etməyiniz məsləhətlidir. Bu ona görə vacibdir ki, yeni telefon aldığınızda və ya proqramı silib yenidən yazdıqca çətinlik yaşamayasınız. Və əmin olun ki, daxil etdiyiniz məlumatlar doğrudur. Çünki WhatsApp emailinizi daxil etdikdən sonra onu təsdiqləmək üçün sizə heç bir şey göndərməyəcək. Buna da səbəb olaraq, insanları narahat etmək istəmədikləri göstərilir.

Yuxarıda qeyd etdiyimiz kimi, hal hazırda funksiya Beta istifadəçilər üçün aktivdir. Yaxın müddətdə bütün istifadəçilər üçün də aktivləşdirilməsi gözlənilir.

WhatsApp-da möhtəşəm YENİLİK
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri