8-ci sinif şagirdini 12 nəfər tövlədə zorladı

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 5 922
Səs ver:
(səs: 0)
Türkiyədə qarnı ağrıdığına görə xəstəxanaya aparılan 8-ci sinif şagirdi, 14 yaşlı M.G.-nin hamilə olduğu öyrənilib. Qızın verdiyi ifadəyə görə, 12 nəfər tövlədə ona müəyyən vaxtlarda fasilələrlə təcavüz ediblər. Şübhəli şəxslər polis tərəfindən saxlanılıblar. Lakin onlardan biri həbs olunub.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, ailəsi tərəfindən şiddətli qarın ağrısı şikayətiylə Suruç Dövlət Xəstəxanasına aparılan 8-ci sinif şagirdi M.G.-nin 6 ay yarımlıq hamilə olduğu öyrənilib. Kiçik qızı müayinə edən həkim vəziyyətlə bağlı xəstəxana polisinə xəbər verib. Onlar araşdırmaya başlayıblar.

M.G. polisə ifadə verib. O, söyləyib ki, qonşuları da daxil olmaqla 12 nəfər ona tövlədə təcavüz edib. Polis adları çəkilən 12 nəfəri tutub.

İfadələri alındıqdan sonra ədliyyəyə aparılan şübhəlilərdən M.G.-nin qonşusu S.U. həbs olunub, digərləri isə sərbəst buraxılıblar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri