ŞOK! Ağalarovun həyatı təhlükədə: 2 milyon verməsə...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 224
Səs ver:
(səs: 0)
Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Krokus Ekspo” mərkəzinə partlayıcı maddənin qoyulması ilə bağlı hadisənin təfərrüatları məlum olub.

Araz Ağalarov “Krokus Ekspo” mərkəzində partlayış təhlükəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə onun ünvanına təhdidlər barədə zənglərin daxil olduğunu, şantaj edildiyini deyib.

Araz Ağalarov bildirib ki, sərgi mərkəzində bomba aşkar edilənə qədər ona 2 milyon dollar məbləğində borcu qaytarmaq tələbi ilə müntəzəm zənglər gəlib.

İstintaq müəyyənləşdirib ki, şantajçılar iş adamını hədələyib, ondan pul almaq istəyib. Təhlükəli zənglər mesencer və müxtəlif kanallarla daxil olub.

Bu ifadələr əsasında Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd olunub ki, ayaqoluna partlayıcı maddənin qoyulması təhlükənin ciddiliyindən xəbər verir. Ağalarov isə öz növbəsində hadisənin arxasında kimin dayanacağı barədə məlumatsız olduğunu deyib./azvision.az/
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri