Tanınmış telejurnalist Xoşqədəmin verilişi haqda ŞOK SÖZLƏR: "Niyə heyrətləndiniz?"

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 662
Səs ver:
(səs: 0)
Tanınmış telejurnalist İlhamiyyə Rza hazırda sosial mediada hadisəyə çevrilən, Xoşqədəm Hidayətqızı barədə yayılan video-parçaya münasibət bildirib.

BiG.AZ xəbər verir ki, İlhamiyyə Rza yazır: "İnsan taleləri üzərində şoular etməyin etikadan uzaq olduğunu dəfələrlə müsahibələrimdə desəm də, gecə vaxtı məndən münasibət gözləyən və tələb edənlərə fikrimi bildirim: mən təəccüblənmədim. Nədən ki, sizin kadrarxası görüntülərdən anladığınız mətləblər, arxada olmayan kadrların özündən də zatən görünürdü. Nədən heyrətləndiniz ki? Yəni bilmirdiniz? Axı dəfələrlə müzakirə olunub bu məsələ. Eyni formatda yayımlanan bütün verilişlər, kanaldan asılı olmayaraq, bu cür hazırlanır. Xoşqədəm bəyəm təkdir? Bəs o biriləri? Gəlin, tendensiyanı pisləyək. Bu, Xoşqədəmin icadı və orijinal məhsulu deyil. Odur ki, fərdləri deyil, yayım siyasətinə bu cür iyrənc duyğu istismarını daxil edən, bunu məqbul sayan televiziya sahiblərindən danışaq. Bu, onların sifarişiylə həyata keçirilir. "Bizə reytinq (oxu: pul) lazımdır. Vəssalam. Efirdə nə edirsən, et, reytinq olsun", dəyərləri ilə yaşayan tv rəhbərləri üçün bu hal çox normaldır. Bu cür videoları, kompromatları isə istənilən eyni tipli verilişlərin "sıroy" materiallarında çətinlik çəkmədən tapmaq olar”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri