MTRŞ-dan Xoşqədəm AÇIQLAMASI - ŞOK SÖZLƏR! - "... bunların tərbiyəsinə bax bir'

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 583
Səs ver:
(səs: 0)
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin kadrarxası görüntüləri yayılıb. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu barədə açıqlama almaq üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxladıq :

- Jurnalist: Salam, Təvəkkül müəllim. BiG.AZ saytından narahat edirik. Aparıcı Xoşqədəm Hidayətqızının verlişi ilə bağlı yayılan görütnülər barədə nə açıqlama verə bilərsiniz?

- Təvəkkül Dadaşov : Bildim, o barədə məlumatım var. Bayaqdan bəlkə 15 sayt yığıb bu barədə açıqlama verməmişəm. Bu barədə heç bir açıqlama olmayacaq.

Jurnalist: Axı Milli Televiziya və Radio Şurası olaraq, bu barədə açıqlama verməlisiniz ...

-Təvəkkül Dadaşov: - Puah ! Xanım, siz prokurorsunuz ya müstəntiqsiniz? Gedin işinizlə məşğul olun, bunların tərbiyəsinə bax bir ...

- Jurnalist: Biz sizdən sadəcə informasiya almaq istəyirik ...

Təvəkkül Dadaşov heç bir açıqlama vermədən, telefonu söndürür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri