Xoşqədəm efirdə rol oynayır? - "Səni axtarıram"ın daimi ekspertləri DANIŞDI

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 5 058
Səs ver:
(səs: 0)
""Meydan TV" tərəfindən yayımlanan görüntüləri diqqətlə izlədim. Xatırladım ki, bu verilişdə iştirak etməmişəm. Həmin gün məni studiyada həmkarım Anar Vəziroğlu əvəz etmişdi. Əgər həmin verilişdə olsaydım belə, səhnənin arxasında baş verənlərdən xəbər tutmağım mümkün deyildi. Ekspertlər ancaq studiyada baş verən hadisələrə münasibət bildirirlər. Bu məsələdə, mənim və yaxud digər həmkarlarımın adının hallandırılması qərəz nümunəsidir".

S.Verdizadə qeyd edib ki, "Meydan TV" tərəfindən yayımlanan görüntülərdə əks olunan hadisə istisna ola bilər:

"Dəfələrlə şahidi olmuşam ki, verilişə xərəklə gələn adamlar, elə xərəklə də studiyanı tərk ediblər. Hətta elələri olub ki, verilişdən bir müddət sonra dünyasını dəyişib. Yəni "Səni axtarıram" verilişi real həyat hadisələrini, gerçək insan talelərini müzakirəyə çıxarıb. Verilişdəki müzakirələrdə gerçək insanlar çıxış edib, dərdlərini danışıblar. Təbii ki, bu formatda olan verilişlərin öz məxsusi xüsusiyyətləri var və yardıcı heyət bunları nəzərə almaya bilməz. Amma bir daha qeyd edim ki, sözügedən görüntülərdəki hadisələr istisna ola bilər. Ola bilsin ki, verilişin kollektivi dramatizmi artırmaq, müzakirəyə çıxarılacaq məsələyə daha çox diqqət çəkmək üçün bu cür üsullara əl atıb. Amma bu, kütləvi xarakter daşımayıb".

Verilişdə ekspert qismində çıxış edən hüquqşünas Adəm Məmmədov da S. Verdizadə ilə həmfikir olduğunu deyib:

"Proqramda efirə gedən hadisələrin əksəriyyəti realdır. İnsanlar real olaraq tapılır. Amma ola bilər ki, kadrlardakı kimi quraşdırma səhnələr verilişə rəng qatmaq üçün edilir. Bir daha deyirəm, mən gördüyüm, rastlaşdığım bütün insanlar real idilər. mən orada heç vaxt belə şeylə rastlaşmamışam".

Hüquqşünas səhnəyə çıxarılan şəxsə ayağa dura bilməməsi üçün həkimin iynə vurmağı təklif etməsi məsələsinə də toxunub: "Əgər o iynə insanın sağlamlığına xələl yetirmirsə, həyati təhlükə yaratmırsa, o zaman heç bir məsuliyyətə cəlb edilməkdən söhbət gedə bilməz. Ayağını bağlamaq məsələsinə gəlincə isə, hər halda o adamın icazəsini alıb, bağlayıblar. Mən orada olmamışam, dəqiq bilmirəm"./bakipost/

Xoşqədəm efirdə rol oynayır? - "Səni axtarıram"ın daimi ekspertləri DANIŞDI
Xoşqədəm efirdə rol oynayır? - "Səni axtarıram"ın daimi ekspertləri DANIŞDI
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri