Azərbaycanda yeni ŞOK QADAĞA! Onlar bara gedə bilməz

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 045
Səs ver:
(səs: 0)
Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan edilir. Bu kateqoriyadan olan şəxslərə bu məmulatların satışına, eləcə də onların şans və mərc oyunlarında iştirakına, saat 20:00-dan sonra gecə klublarına, barlara buraxılmasına qadağa qoyulur.

BiG.AZ-ın məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Əlavələrə əsasən qanuna 5.6 maddəsi əlavə edilir və maddədə göstərilir ki, 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə qadağan edilir. Qeyd olunan yaş kateqoriyasına qədər olan gənclərə şans və mərc oyunlarında birbaşa və ya dolayı yolla iştirak da yasaqlanır.

Maddənin digər bəndində isə göstərilir ki, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirak da qadağandır./azvision/
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri