Xoşqədəmin Gizli kadr qalmaqalı Qaradağlını bitirə bilər; ATV rəhbəri çətin durumda - ŞOK XƏBƏR

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 865
Səs ver:
(səs: 0)
ATV-də yayımlanan “Səni axtarıram” verilişinin 2014-cü ildə çəkilmiş kadrarxası sirlərin yayılması ATV rəhbəri Vüqar Qaradağlını çətin durumda qoyub. Məlum videogörüntülərin kanaldan çıxaran şəxsin tapılması ilə bağlı ciddi göstəriş verən V.Qaradağlının axtarışları ciddi nəticə verməyib.
ATV-dəki mənbələrdən Mediafax.Az-a daxil olan məlumata görə, bəlli videogörüntülər mətbuata ATV-dən ötürülüb. Materialın montaj olunması və müəyyən nüanslar bunu bir daha təsdiq edir. Bütün bunların fonunda böyük biabırçılığın nəticəsi olaraq hansısa addımların atılması müzakirə mövzusudur.
Ehtimal ki, bu hadisənin sonluğu V.Qaradağlının telekanaldan uzaqlaşdırılması ilə nəticələnə bilər. Son bir ildə ATV kanalının kifayət qədər problemlər yaradan mövzulara diqqət çəkməsi Qaradağlının fəaliyyətsizliyindən xəbər verir. Elə isə daha böyük sonluqda ATV-yə kimin təyin olunması elə də çətin sual deyil.
Mediafax.Az-a daxil olan məlumata görə, bu post üçün elə ATV-nin özündə peşəkar kadr var. Mənbənin məlumatına görə, televiziya işini daha yüksək səviyyədə bilən və hazırda V.Qaradağlının işini görən Etibar Babayev ATV-nin yeni rəhbəri olmaq üçün tam hazırdır. Mənbə bildirdiyinə görə, yəqin ki, elə bu kimi vəziyyətləri nəzərə alıb E.Babayevə kanalda müəyyən idarəedici post verilib.
Daha bir maraqlı məlumatda deyilir ki, dünəndən V.Qaradağlı ATV-nin kadrlar şöbəsinin rəhbəri və baş mühasibi otağa çağıraraq bir neçə saat söhbət aparıb. Söhbətin təfərrüatları barədə dəqiq məlumat verilməsə də, ehtimal ki, V.Qaradağlı kanaldan gedəcəyi barədə xəbərdarlıq edib və işlərin sahmana salınmasını tapşırıb.
Məlumat üçün bildirək ki, ATV-ni V.Qaradağlının yaxın adamları tamamilə zəbt edib. Kanalda adı olub, özü olmayan onlarla “ölü canlar” var.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri