ŞOK! Azərbaycanlı məşhurun nəvəsi öldü - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 3 789
Səs ver:
(səs: 0)
Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.
Sfera.az-ın report-a istinadla xəbərinə görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.

Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.ŞOK! Azərbaycanlı məşhurun nəvəsi öldü - FOTOLAR




(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri