ATV-nin Xoşqədəm yalanı üzə çıxdı — ŞOK FOTOFAKT

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 3 901
Səs ver:
(səs: 0)
Əməkdar jurnalist, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında gərginlik davam edir. Bir neçə gün öncə yayılan məlum videogörüntülərdən sonra ATV-nin yaydığı məlumatda bir sıra maraqlı məqamlar yer alıb.

Ölkə.Az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, şirkətin bir neçə gün öncə yaydığı açıqlama ötən ilin aprel ayında yaydığı açıqlamanı təkzib edir.

2015-ci ilin aprelində ATV-nin mətbuata yolladığı açıqlamadan bir hissə:

"O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib".
ATV-nin Xoşqədəm yalanı üzə çıxdı — ŞOK FOTOFAKT
İndi isə bir neçə gün öncə yayılan məlumata nəzər salaq:

"Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib".

Apardığımız araşdırma nəticəsində məlum olub ki, "Səni axtarıram"ın 2014-cü ilə qədər olan heyətindən hazırda ATV-də 10-a yaxın əməkdaş (adlarını yazmağı lazım bilmirik-İ.V.) çalışır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri