Bülentdən ŞOK!: " Məni zorlayan şəxs ..."

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 171
Səs ver:
(səs: 0)
Türkiyə Milli Məclisində təcavüzlə bağlı cəzalara dəyişiklik edilməsi təklif olunub.

Təklifdə bildirilib ki, əgər təcavüz edən şəxs zorladığı qızla evlənsə, cəza almaya bilər.

Bu təklif Türkiyədə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrə məşhurlar da qatılıblar. Məsələyə reaksiya verənlər arasında məşhur müğənni Bülent Ersoy da olub. O, Edirnədə verdiyi konsertdən sonra jurnalistlərə deyib:

"Qanunları çox da yaxşı anlamıram. Amma, məsələn, kimsə məni zorladı. Mən o insandan həzz aldım? Yox. Həzz alsaydım, o insana ərə gedərdim. O, təbii ki, həbsə girməmək üçün mənimlə evlənəcək. Məni zorlayan şəxsə ərə getmərəm, çünki mən onu tanımıram, sevmirəm. Bəs mən bunu qəbul edə biləcəm? Mən ondan xoşlandığımı dedim? Mənim ürəyimdə başqası var. Tanımadığım şəxs belə bir şeyi necə edə bilər? Belə bir şeyi qəbul edə bilmərəm".

Qeyd edək ki, hakim "AK Parti" tərəfindən irəli sürülən təklif MHP və CHP-nin sərt etirazına səbəb olub. Təklif ilk səsvermədə qəbul edilib. TBMM-də açıq səsvermə tələbindən sonra yetərli 184 səsi ala bilməyən təklifə gələn həftə yenidən baxılacaq./milli.az/
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri