Nadir Qafarzadə təyyarədə stüardessanın VİDEOSUNU ÇƏKDİ! ÇÜNKİ ...

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 476
Səs ver:
(səs: 0)
Müğənni Nadir Qafarzadə ilə Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verib.

Hadisənin şahidləri “Qafqazinfo”ya bildirib ki, sənətçi bir həftə əvvəl Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə edib.

Mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub. Şirkət əməkdaşı isə bunun üçün müğənninin ödəniş etməli olduğunu qeyd edib.

Bundan sonra sənətçi əsəbiləşərək stüardessanı təhqir edib. Hər iki şəxs arasında mübahisə yaranıb.

“Aeroflot” nümayəndəsi isə aidiyyatı orqanlara müraciət edib. Şikayətçi iddia edib ki, Nadir, mübahisə zamanı onu telefonla videoya çəkib.

“Qafqazinfo” məsələ ilə bağlı N. Qafarzadə ilə əlaqə saxlayıb. İfaçı yayılan xəbəri təkzib edib.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri