BAKININ MƏRKƏZİNDƏ 22 YAŞLI QIZI ÖLDÜRƏN KİŞİ : " MAĞAZADA CİNSİ ƏLAQƏDƏ OLDUQ

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 915
Səs ver:
(səs: 0)
Bu il Bakının Nəsimi rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb. Tərtər sakini olan 22 yaşlı Gülpərini qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayev Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinir və onun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.



Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 2-də Nəsimi rayonundakı "Qış Parkı”nın yeraltı keçidindəki mağazada baş verib. Qətlin baş verdiyi mağazanı Vidadi Qarayev işlədirmiş.



Vidadi Qarayevin istintaqa ifadəsi qətlin təfərrüatlarını və qaranlıq məqamlarını üzə çıxarıb. İlkin məlumat kimi Aslanlı Gülpəri Rasim qızının Vidadi Qarayev tərəfindən aralarında yaranmış münaqişə zəminində öldürüldüyü bildirilirdi.



Qətli törədən 55 yaşlı şəxs özünü təqsirli bilib



V.Qarayev istintaqa ifadəsində deyib ki, onlar mağazada intim münasibətdə olduqdan sonra Gülpəri ondan pul istəyib. Vidadi Qarayev pul vermədiyi üçün aralarında mübahisə yaranıb və Gülpəri onu təhqir edib. V.Qarayev bundan əsəbiləşərək Gülpərini qətlə yetirdiyini deyib.

O, ifadəsində deyib ki, Gülpərini 2015-ci ilin dekabrından tanıyıb. Həmin vaxt Gülpəri onun işlədiyi mağazaya oyuncaq almaq üçün gəlib. Bür neçə gün sonra Gülpəri onun mağazasına növbəti dəfə gələrək nisyə mal alıb. Bundan sonra onların arasında münasibət yaranıb və bir-birilərinə telefon nömrələrini veriblər.



V.Qarayev bildirib ki, tanış olduqdan 10-15 gün sonra ilk dəfə işlədiyi mağazada cinsi əlaqədə olublar. Vidadi Qarayevin sözlərinə görə, bunun üçün ona 50 manat pul verib. Gülpərinin ondan pul istəmədiyini və özünün təklif etdiyini deyən Vidadi bundan sonra bir neçə dəfə Gülpəri ilə həmin mağazada cinsi əlaqədə olduqlarını bildirib.



İfadəsinin davamında V.Qarayev qeyd edib ki, buna görə Gülpəriyə hər dəfə 50 manat və ya mağazada satdığı mallardan hədiyyə verib. Vidadi onu da əlavə edib ki, Gülpəri mağazaya bir neçə dəfə qızı ilə də gəlib.



"Gülpəri məndən "pullu kişi” tapmağımı istədi”



Vidadi Qarayev Gülpərini qətlə yetirməsinin səbəbini isə belə danışıb: "Bir müddət sonra Gülpəri ilə münasibətimiz soyudu. Ancaq telefonda danışırdıq. Gülpəri məndən "pullu kişi” tapmağımı istədi. Bu, məni qəzəbləndirdi. Bundan sonra Gülpəridən şübhələnməyə başladım”.



Vidadi istintaqa ifadəsində deyib ki, Gülpərinin başqa kişilərlə görüşdüyündən şübhələnərək, onu öldürmək qərarına gəlib. Vidadi şübhələnməsinə səbəb kimi isə Gülpərini tanımadığı şəxsin maşınına minərkən görməsini göstərib. Gülpəridən qisas almaq qərarına gələn Vidadi iyulun 2-də mağazaya gələn Gülpəri ilə danışaraq guya onu yola gətirməyə çalışıb.



"Yalvardı ki, onu öldürməyim”



Gülpəriyə başqa kişilərlə görüşməsi ilə bağlı irad bildirən Vidadi deyib ki, ondan "yaxşı eləyirəm” cavabını alıb. Bundan qəzəblənərək üzərində olan bıçaqla ona bir zərbə vurub. Vidadi qətlin təfərrüatlarını danışarkən bildirib ki, bıçaq zərbəsindən sonra Gülpəri yalvararaq, onu öldürməməsini xahiş edib: "Yalvardı ki, onu öldürməyim. Amma öldürəcəyini dedim və ikinci bıçaq zərbəsini vurdum”.



Bundan sonra Gülpərinin qışqırdığını görən Vidadi onu boğmağa başlayıb. Vidadi deyib ki, Gülpərinin nəfəs almaqda çətinlik çəkdiyini və xırıldadığını görüb. Xırıltı səsi kəsiləndə isə onun öldüyünü başa düşüb. Meyiti kassanın arxasına qoyaraq mağazanın qapısını bağlayıb və taksi ilə kirayədə yaşadığı Bakıxanov qəsəbəsinə gedib.



Qatil arvadı və qardaşı ilə vidalaşıb



Evdə qana bulaşmış paltarını dəyişib və qətli törətdiyi bıçağı da götürərək evdən çıxıb. Qanlı paltarları zibil qutusuna atdıqdan sonra həyat yoldaşı Nazilə Qarayevaya zəng edib. Nazilə Qarayeva qardaşıgildə olduğunu deyib. Vidadi təcili görüşməli olduqlarını və onun Sabunçu keçidinə gəlməsini istəyib.



V.Qarayev görüş zamanı arvadına mağazada bir qızı öldürdüyünü və onu vidalaşmağa çağırdığını deyib. Daha sonra qardaşı Rövşənə zəng vurub, bir nəfər qızı qətlə yetiridiyini və polisə təslim olmağa getdiyini deyib.



Təqsirləndirilən şəxsin ziddiyyətli ifadələri…



Vidadi Qarayev istintaqdakı ifadəsində Gülpərini öldürməsinə səbəb kimi aralarında yaranan mübahisəni göstərib. Vidadi deyib ki, cinsi əlaqədə olduqdan sonra Gülpəri pul istəyib. Pul vermədikdə isə Gülpəri onu təhqir etdiyindən onu öldürüb. Ancaq burada maraqlı bir məqam da var ki, Vidadinin ifadəsindən də bəlli olur ki, sonuncu görüşlərində onlar cinsi əlaqədə olmayıblar. Vidadi digər ifadəsində isə Gülpərini tanımadığı şəxsin maşınına minərkən gördüyünü və qısqanclıq zəminində öldürdüyünü deyib.



Gülpərinin ailəsi narazıdır



İstintaq zamanı qətlə yetrilmiş şəxsin hüquqi varisi kimi onun atası Rasim Məhəmmədi tanınıb. O, ifadəsində bildirib ki, qızı Gülpəri 1994-ci ildə anadan olub. Tərtər şəhərində orta təhsil alan Gülpəri 2013-ci ildə İlqar Ələkbərovla ailə həyatı qurub. Bu nikahdan onların Mələk adlı qızları olub.



Rasim Məhəmmədi deyib ki, qızı heç bir yerdə işləməyib. Son iki ildir ki, ailəsi ilə birlikdə "Təzə bazar”ın yaxınlığında kirayədə yaşayıb. Gülpərinin əri tikində fəhlə işləyib. O, qızının ölüm xəbərini polis əməkdaşlarından aldığını, dəfndən sonra qətli törədən şəxsin Vidadi Qarayev olduğunu öyrəndiyini deyib.



R.Məhəmmədi qətli törədən şəxsi tanımadığını və qızının həyat yoldaşı ilə normal münasibətlərinin olduğunu deyib. İstintaq zamanı Gülpərinin hadisə baş verən gün mağazaya gəlməsi və Vidadinin qətli törətdikdən sonra mağazanı bağlayaraq getməsi müşahidə kameralırında da təsdiqlənib.



Qeyd edək ki, Vidadi Qarayevin məhkəməsində qətlə yetirilən Gülpərinin yaxınları da iştirak edib. Həyat yoldaşı və ailə üzvləri deyiblər ki, V.Qarayev Gülpəriyə təcavüz edərək, qətlə yetirib. (musavat.com)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri