Lənkəranskinin sağ olduğuna dair yeni İDDİA

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 1197
Paylaş:
Səs ver:
(səs: 0)
Dörd ay əvvəl Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair yenidən xəbərlər yayılıb.

Aynur Zeynalova adlı istifadəçi sosial şəbəkədə yaydığı məlumatda Rövşən Lənkəranskinin sağ olmasına dair iddiaları yenidən səsləndirib.

O qeyd edib ki, Rövşən Lənkəranski Məhərrəm ayının 40-cı günü Lənkəranda, ata ocağında, ailəsinin, yaxınlarının yanında olub. Belə ki, azərbaycanlı avtoritet hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayıb: “O, hər il Məhərrəm ayının 40-da Lənkərana ata ocağına gəlirmiş… Bu il də adəti üzrə vəzifəsini yerinə yetirib”.

Aynur Zeynalovanın yazdığına görə, Rövşən Lənkəranskinin sağ olduğunu iddia edən etibarlı şəxslər var ki, onlar adlarının açıqlamasını istəmirlər.

Aynur Zeynalovanın öz şəxsi “Facebook” səhifəsindəki paylaşımını təqdim edirik:

“Hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayan böyük qardaşım (inciməsin yazıma görə)…Ay məni Rövşənin ölümünə inandıranlar, sizə səslənirəm, çəkinmədən, qorxmadan… Bilirəm ki, kimlər mənim yazdıqlarımı, paylaşdıqlarımı izləyir. Bəs deyirsiniz ki, Rövşən ölüb? Deyirdiz ki, hadisə belə olub, elə olub? Hətta hadisələri calaşdırıb gözümə soxanlar da oldu. Ortada “dəlil-sübut olmasa belə, bəlkə də haqlıdırlar, bəlkə də həqiqətən öldürülüb” öz-özümə deməyə başlamışdım.

Mən onsuz da araşdırmalarımı dayandırmamışdım. Mənə gələn yazıları, zəngləri, sözügedən insan haqda məlumatların hamısını araşdırdım. İndi də sizə belə bir yeni xəbər verirəm. Məhərrəm ayının 40-cı günü hörmətli avtoritet Rövşən Lənkəranski məhz Lənkəranda olub. Öz ata ocağında olub. Nə az, nə çox düz 4 gün orda qalıb. Anası, ailəsi, yaxın qohumları ilə görüşüb. Bunu Lənkərandan söyləyən şəxs heç də yalançı və uşağ-muşaq deyil”.

Qeyd edək ki, Aynur Zeynalova Rövşən Lənkəranskinin sağ olmasına dair iddianı bir müddət əvvəl də səsləndirmişdi. (cebhe.info)

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1197
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ulduz
men inanmirdim olduyune
24 noyabr 2016 21:58
5
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
lilya
boş söbetlerdi
24 noyabr 2016 20:44
4
Offline
duymecik
Men onsuzda bunun ölum xeberi cixandan deyirdimki ölduyune inanmiram
24 noyabr 2016 20:26
3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Offline
Dilaycan
Olenide rahat qoymurlar ee olduyu yerde olsun...
24 noyabr 2016 16:28
2
Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək... Demək istədiyim, yorma özünü..
Offline
vipbetul
heqiqetende bele olsa sadege sevinerik
24 noyabr 2016 16:08
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook