Bakıda qadın uşaqlarından utanmadı, belə oğurluq etdi - VİDEO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 1 832
Səs ver:
(səs: 0)
Bakıda qadın ayaqqabısı satılan mağazadan oğurluq olub. Hələki şəxsiyyəti bilinməyən bir qadın iki yeniyetmə qızı ilə mağazadan bir cüt qadın çəkməsi oğurlayaraq oranı tərk edib. Müşahidə kamerasına düşən oğurluq anının videosunu zərərçəkmiş mağaza sahibi "Xəzər Xəbər"ə göndərib.

Ayaqqabı mağazasına girən qadın oradan oğurluq edib. Ən acınacaqlısı isə onun bu əməli iki yeniyetmə qızının gözü qarşısında etməsidir.

Hadisə bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonunda, "28-may" metrostansiyası yaxınlığındakı keçiddə bir mağazada baş verib.

İki yeniyetmə qızı ilə ayaqqabı satılan mağazaya girən qadın, satıcının digər müştərilərə başının qarışdığını görüb ordan bir cüt çəkmə oğurlayıb.

Mağazada müşahidə kamerasının olmasından xəbərsiz olan qadın, əvvəlcə çəkmənin bir tayına baxır. Daha sonra digər tayını da götürərək qızlarına işarə edir ki, bayıra çıxsınlar. Zərərçəkmiş hadisədən səhəri gün xəbər tutur. Mağaza sahibinin sözlərinə görə, ona təxminən 55 manat ziyan dəyib.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri