SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 9917
Paylaş:
Səs ver:
(səs: 0)
Azərbaycanlı məmurun qohumu BMW X6-nı İsveçrədə gölə aşırdı, məşhur biznesmenin qızı ilə birlikdə həlak olub.

BiG.AZ xəbər verir ki, qəza zamanı Azər Yaqubovun idarə etdiyi BMW X6 avtmobili Luqano gölünə düşüb. Cəsədləri xilasedicilər gölün dibindən çıxarıblar. Daha sonra xüsusi texnika avtomobilin özünü də göldən çıxarıb. Qəzanın dəqiq səbəbi məlum deyil, ancaq ehtimal olunur ki, avtomobil yüksək sürətlə hərəkətdə olarkən gölə aşıb.

Bundan əvvəl life.ru qəzada həlak olan gəncin adını Eyyub Yaqubov kimi göstərmişdi və fotolarını yaymışdı. Lakin digər mənbələr göstərir ki, həmin fotolar həlak olan gəncin qardaşına aiddir. Qəzada həlak olan Azər Yaqubovdur. Onun İnstagram səhifəsindən götürülmüş fotosunu və qəzaya uğramış avtomobilin göldən çıxarılmasının görüntülərini təqdim edirik:

Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub.

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Luqana gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı v magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

virtualaz.org qeyd edir ki, Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva Moskvanın "qızıl gəncliyinə" daxil idi və özünün dəbdəbəli həyat tərzi ilə tanınırdı. Sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzini əks etdirən çoxsaylı fotolar yer alır.

Diana ilə birlikdə qəzada həlak olan azərbaycanlı məmur oğlunun isə Luqanodakı Amerika məktəbi TASİS-də təhsil aldığı göstərilir. Bəzi mənbələr onun Azər Yaqubov yox, Eyyub Yaqubov olduğunu bildirir. Atası deyir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl danışmışdı və hər şey normal idi. Qəza zamanı avtomobili Yaqubovun idarə etdiyi bildirilir.

Qəzada həlak olan azərbaycanlı gəncin qohumu olan Sübhi Şıxlinski bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən "Vətənə xidmət” ordeni ilə təltif olunub. O, 1964-cü ildə indiki Şəmkir rayonunda anadan olub, Moskva Dövlət Universitetini bitirib və uzun müddətdir Rusiyada dövlət vəzifələrində işləyir.

O, Rusiya hökumətinin Federasiya işləri üzrə nazirinin müavininin müşaviri, milli siyasət nazirinin Katibliyinin rəhbəri, Rusiya hökuməti Aparatının şöbə müdiri və digər vəzifələrdə işləyib. İstisna deyil ki, o, Rusiyadakı azərbaycanlı diasporunun liderlərindən Şahin Şıxlinskinin qohumudur və məşhur Şıxlinskilər nəslindəndir.

Qeyd edək ki, Platon Lebedev 2003-cü ildə Mixail Xodorkovski ilə birlikdə həbs olunub. Ona qarşı iri məbləğdə vergidən yayınma ittihamı irəli sürülmüşdü. Lebedev 10 il yarım həbsdə qaldıqdan sonra 2014-cü ildə azadlığa çıxıb.
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
SON DƏQİQƏ! Dəhşətli QƏZA: Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 9917
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
evli.mutlu.cocuklu
Yazıq oldu ....
25 noyabr 2016 21:15
6
Offline
Onun_Mələyi
Sitat: YalniZ-ArZu
duz 6 ay yazmağa mövzu tapildi.

pff
25 noyabr 2016 16:13
5
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
YalniZ-ArZu
duz 6 ay yazmağa mövzu tapildi.
25 noyabr 2016 16:09
4
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
duymecik
Allah rehmet elesin. Xeberin adinda memurun oglu yazmisiz xeberde qohumu diyirsiz,xeberin ortasinda oglu yazmisiz axirinda yene qohumu. Hansidi birine qerar verinde
25 noyabr 2016 15:10
3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Offline
vipbetul
yaziklar hemde bu yasda
25 noyabr 2016 15:07
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
Allah rehmet elesin..
25 noyabr 2016 14:52
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv