Ebru Gündeş Rza Zərrabı SATDI - Türkiyə Şokda!

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 12 924
Səs ver:
(səs: 0)
İş adamı Rza Zərrabdan boşanma ərəfəsində olan məşhur müğənni Ebru Gündeş məhkəmədə ifadə verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Ebru Gündeş və keçmiş həyat yoldaşı Rza Zərrab Beykoz Kanlıcadakı tarixi villada təmir işlərinə görə "Mədəniyyət və təbiət abidələrinin mühafizəsi" təşkilatı tərəfindən məhkəməyə verilib. Onlar villaya lift yerləşdirilməsinə və qanuna zidd təmir işlərinin aparılmasına görə günahlandırılıblar.

İddiayaya görə, Rza Zərrab, Ebru Gündeş və təmir işlərini aparan şəxs Haqqı Süha Gökdemirin 6 aydan 3 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilib. Bu gün keçirilən məhkəmədə Ebru Gündeşi vəkili təmsil edib. Müğənni ittihamlarla razılaşmayıb: "Kanlıca məhəlləsində yerləşən villaları Rza Zərrab təxminən 6 il əvvəl satın alıb. Villaları keçmiş həyat yoldaşım təmir etdirib. İttihamları qəbul etmirəm. Bəraətimi tələb edirəm".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 12 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri