Gecə klubu, içki, qızlar, intim, avtomobillə ötüşmə və faciə - ŞOK VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 4 178
Səs ver:
(səs: 0)
Sərxoş sürücü ona tərs-tərs baxan digər avtomobilin sürücüsü ilə ötüşməyə başlayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə sərxoş sürücülərə qarşı mübarizəyə həsr olunmuş sosial çarx hazırlanıb.

Qaynarinfo.Az xəbər verir ki, çarxın hazırlanmasında əsas məqsəd sərxoş sürücülərin ilk növbədə özünü və ətrafdakıları düşünməsidir.

Sosial çarxda gənc oğlan gecə klublarından birində içki qəbul edib qızlarla əylənir. Sonra o qızla birgə sərxoş halda Bakı küçələrində avtomobili idarə etməyə başlayır. Avtomobilə əyləşən xanımı sürücünün maşını sərxoş halda, təhlükəli idarə etməsi əyləndirir. Bununla kifayətlənməyən sərxoş sürücü ona tərs-tərs baxan digər avtomobilin sürücüsü ilə ötüşməyə başlayır və qəzaya düşür.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində respublika ərazisində 2429 yol qəzası baş verib. Nəticədə 1023 nəfər ölüb, 2452 nəfər yaralanıb. Hesabat dövründə sərxoş sürücülər tərəfindən 53 yol qəzası qeydə alınıb. Nəticədə 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Məlumat üçün bildirək ki, sosial çarxın rejissoru Elvin Abdullayev, lahiyə rəhbəri isə İsmayılov İsmayıldır.

[media=https://youtu.be/8cYsO6waRxQ]
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri