Kök kişilərin diqqətinə! Seks istəyiniz

Müəllif: Nigar
Şərhlər: 0
Baxılıb: 1727
Paylaş:
Səs ver:
(səs: 0)
Piylənmə sadəcə qadınlara deyil, kişilərə də mənfi təsir edir. Belə ki, yağ toxumasında testesteronun estrogenə çevrilməsi artır, testesteron azalır və sperma keyfiyyəti aşağı düşür, hormon nizamsızlığı daha çox görülür.

Aile.lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, araşdırmalar zamanı kök kişilərdə sperma sayının yüzdə 21 daha az olduğu təsbit edilib. Kök kişilərdə xaya bölgəsində yağ nisbətinin çox olması həmin bölgədəki bədən istiliyini yüksək tutur və bu istilik səbəbindən testis damarlarının genişlənməsi nəticəsində sperma ifrazı və keyfiyyəti azalır.

Bu kişilərin xanımı hamilə qalsa da, körpənin düşmə və xəstə doğulması ehtimalı olur.

Bundan başqa köklük kişilərdə cinsi iqtidarsızlığa yol açır.

Araşdırmalara görə, kişinin hər qazandığı 10 kilo sonsuzluq ehtimalını yüzdə 10 artırır, seks istəyini azaldır.

Yaş, həyat tərzi, artıq kilo, stress, siqaret, spirtli içki istifadəsi sperma keyfiyyətinə təsir edərək döllənmə qabiliyyətinə mənfi təsir edir.
Ancaq həyat tərzində bəzi dəyişikliklər etmək, idman, artıq çəkini verib ideal çəki qazanmaq sperma funksiyalarını düzəldir, hamiləlik şansını artırır.

Yağ istifadəsinin azaldılması, Omega-3 mənşəli bitki yağlarının istifadəsi sperma problemlərinin qarşısını alır.

Hormonlarınızı yoxlatdırın

Siqaret, spirtli içki, ətraf mühit kirliliyi sonsuzluğa yol açır. Orqanizmdə sink çatışmazlığı da sperma ifrazını və keyfiyyətini aşağı salır, testesteron ifrazının qarşısını alır. Sink və fol turşusu inyeksiyası ilə sperma keyfiyyətini artırmaq mümkündür.
C və E vitaminləri də oksigen radikallarının sperma hərəkətliliyi üzərindəki mənfi təsirlərini azaldır.

Sonsuzluq problemləriniz varsa, hormonlarınızı yoxlatdırın. Çünki kişini kişi, qadını qadın edən hormonlardır.

loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1727
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook