Bakıda kafedə gizli ƏMƏLİYYAT: Fahişələr kişilərə əxlaqsız təklif edərək şantaj edib - ŞOK VİDEO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 843
Səs ver:
(səs: 0)
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları sosial şəbəkələrdə müştərilərə əxlaqsız təkliflər edərək onları sauna və kafelərə dəvət edən və həmin obyektlərdə hədə-qorxu gələrək pul və qiymətli əşyalarını tələb edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Paytaxtın Nəsimi və Səbail rayonlarında yerləşən “Malibu”, "Night”, Xətai rayonu Babək prospektində və Binəqədi rayonunda yerləşən bu tipli obyektlərdə keçirilən əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin obyektlərdə olan qadınlar sosial şəbəkələrdə qeydiyyatdan keçərək kişilərlə tanış olub və onları əxlaqsız təkliflərlə oturduqları məkanlara dəvət ediblər. Ora gələn müştərilərə isə müxtəlif spirtli və ya spirtsiz içkilər baha qiymətə satılıb (bir stəkanı 120-300 manata). Hesabdan narazı olan müştərilər isə obyektdəki şəxslər tərəfindən hədələnib, onların pul və qiymətli əşyaları ələ keçirilib.

Faktla bağlı saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./publika/
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri