Xatirədən Röyaya: "O şəkli çəkdirəndə Röya ..."

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 13 638
Səs ver:
(səs: 0)
Müğənni Xatirə İslam əməkdar artist Röya Ayxanın müdafiəsinə qalxıb.

BiG.AZ xəbər verir ki, sənətçi həmkarının jurnalistlərlə arasında yaşanan qalmaqala sosial şəbəkədə münasibət bildirib:

"Mən başa düşmürəm. Əgər Röya sizə maraqlı deyilsə, niyə onun haqqında yazılar yazırsınız? İnsan nə qədər daş ürəkli ola bilər ki, illər öncə çəkilən şəkili indi çıxarıb adamı ləkələməyə çalışsın? Siz niyə xalqınızın sənətçisinin uğuruna sevinmirsiniz? O vaxt o şəkil çəkiləndə nə lazımdırsa yazmışdınız. İndi görünür Röya haqqında təzə xəbər bilmirsiniz. Ona görə keçmişə qayıtmısınız? O şəkil çəkiləndə adam subay. İndi isə böyük oğlu var. Lazım olsa indi də çəkdirər. Amma çəkdirmir, axı bunları görürsünüz. Bəs niyə insanı daş-qalaq etməyə çalışırsınız. Əlinizə nə keçir onda? Belə şeylər Allaha ağır gedər. Özünüzü, övladınızı qoyun onun yerinə, ayıb olsun. Nə qədər ki, bizdə birlik yoxdur, bele olacaq. Paxıllıq qiracaq bizi. Röyanın zəhməti, əziyyəti böyükdür. Heç başqa yaxşılıqıarını demirsiniz. Amma pislik etmək tez gəlir əlimizdən. Pislik edildikcə Allah bizi özü qorusun. Müğənni olmasaydı görəsən biz nədən danışardıq? Deməli ən vacib, ən lazımlı, ən maraqlı adam sənət adamıdır. Röya kef elə dünyayla bir adın var, sevilirsən, seçilirsən. Get bir üzərlik yandır bu söz- söhbət yatsın".
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 13 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri