Dövlət televiziyasında BİABIRÇILIQ: "Zorakılıq edilən qadına..." – VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 091
Səs ver:
(səs: 0)
Səhər verilişlərindən birində qadına qarşı zorakılıq barədə aparıcı müzakirələr aparıb. Daha sonra isə proqrama dəvət edilən vizajist zorakılıq halları zamanı qadınlara zədə izlərini makiyajla mükəmməl şəkildə örtmək qaydalarını öyrədib. Bu da ölkədə birmənalı qarşılanmayıb.

Hadisə Mərakeş Dövlət Televiziyasında baş verib. Vizajistin qadın üzündəki göyərtilərin makiyajla qapadılması qaydalarını gülərək öyrətməsi də tənqidlərin miqyasını genişləndirib.
Aparıcı verilişin sonunda, “Ümid edirik ki, bu gözəllik məsləhətləri gündəlik həyatınıza davam etməkdə sizə kömək olacaq”, -deyə bildirib.

Verilişdə baş verənləri tənqid edənlər bununla qadına qarşı zorakılığı adiləşdirildiyini önə çəkib. Kanaldan və verilişdən üzr istəməsini tələb edən minlərlə qadın etiraz kampaniyasına başlayıb./a24az/
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri