“O müğənnilər əxlaqsız qadından fərqlənmir...” - Teymur Əmrah

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 1 432
Səs ver:
(səs: 0)
“3-4 nəfər olar ki, gəlib bu mövzunu efirdə danışsın. Aktyorun xaric danışığı, müğənninin xaric oxumağı əxlaqsız qadınla eyni kateqoriyadadır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Teymur Əmrah “Gəlin danışaq” verilişində deyib.

T. Əmrah xaric oxuyan sənətçiləri qınayıb:

“Bu xaric çox pis şeydir. Bu xaric davranışlar təmiz qulağı da pis edə bilər. Birdəfəlik şikəst edə bilməz. Təsəvvür edin, mən sizinlə səhnədə duet oxuyuram. Siz xaric oxusanız, mən də sizə qoşulacam. Siz təmiz oxusanız, mən də təmiz oxuyacam. Ona görə də bizim Azərbaycan incəsənətində nə qədər ki, qollar var ha, hər qolda 5 nəfər sənətkar olub.

Biz yaşlı nəsil görən kimi o an korifey deyib baş əyirik. Onların hamısına korifey demək olmaz. Onların bəzisi sənətə təsadüfən gəliblər. O dövrdə çünki bir kanal olub. Bütün fikir bir nöqtəyə yönəlib. Onların arxivini açsanız görərsiniz ki, 1 ton xaric var”.


[media=https://youtu.be/IPc1NWE8Jq8]
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri