Yeni il ilə əlaqədar qeyri-iş günlərinin sayında dəyişiklik olacaq? - Açıqlama

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 342
Səs ver:
(səs: 0)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayında dəyişiklik olmayıb.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

A.Əli qeyd edib ki, əvvəl elan olunduğu kimi, bayramlarla əlaqədar ölkədə 5 gün iş olmayacaq:

"2016-ci il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci il 1 və 2 yanvar tarixləri də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyi üçün 3 və 4 yanvarda da iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri