Əriniz sizə xəyanət edir!: İnanmırsınız? ONDA BELƏ YOXLAYIN

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 890
Səs ver:
(səs: 0)
Cütlüklər zaman-zaman bir-birini xəyanətdə ittiham edir, hətta ayrılmalarının əsas səbəbi də məhz budur. Bütün dünyada ailələrin dağılmasında xəyanət faktoru həmişə öndə olub. Amma çox az zaman bu xəyanəti sübut etmək mümkün olur.

Amerika vətəndaşı Denni Li Qorman isə xəyanəti ifşa etmək üçün müxtəlif vasitələrə əl atır.

Publika.az xəbər verir ki, Denni arvadı Mişelin ona xəyanət etdiyindən şübhə edib. İki il öncə arvadı ona boşanmaq istədiyini deyib. Bundan sonra Denni paranoyyadan əziyyət çəkib.

O, arvadını izləmək üçün müxtəlif yollara əl atıb. Əvvəlcə, ailə proqramına casus proqramı qurub, daha sonra Mişelin avtomobilinə GPS cihazı yerləşdirib.

Mişel deyir ki, əri onun gün ərzində etdiyi hər şeyi bilirdi. Bir dəfə o, tanışı ilə meşədə dincələrkən, qəfil Qorman gəlib çıxır və yanındakı oğlanı döyür. Bundan sonra Mişel ərinin onu necə tapdığından şübhələnir və avtomexanikə müraciət edir. Mexanik onun avtomobilini axtaranda gizlədilmiş qurğunu tapır. Ərini buna görə polisə şikayət edir.

Bu hadisə 2011-ci ildə baş verdi və bundan sonra qısqanc ər məşhurlaşdı. Lakin bu fakt sübut etdi ki, adi mağazalarda satılan GPS-traket qurğusuna tələbat var.

Qorman arvadını izləmək üçün kamera və radio funksiyasına malik olan kvadrokopterdən də istifadə edib.

Qeyd edək ki, ər və arvadın bir-birini izləməsi üçün müxtəlif vasitələr mövcuddur.

Ağıllı saat: bu insanın hətta ürək döyüntüsünü belə qeydə alır. Bu qurğunun köməyi ilə xəyanət asanlıqla ortaya çıxır. Belə ki, bu saat idman hərəkətləri edərkən, yaxud qaçarkən həmçinin, sekslə məşğul olan zaman da ürək döyüntülərini qeydə alır, beləliklə xəyanətkarı ifşa edir.

Döşək tələsi: bu döşəklər İspaniyanın “Durmet” firmasının istehsalıdır. Ər və arvadın bir-birinə xəyanətini tezliklə oraya çıxarır. Döşək üzərində şübhəli hərəkətlərin olduğunu hiss etməyi bacarır və dərhal onun “beyninə” yüklənən telefon nömrəsinə bu barədə məlumat ötürür.

"Manuscript": bir neçə il öncə Yaponiyanın “KareLog” firması belə mobil əlavə buraxdı. Bu proqramdan əsasən qızlar istifadə edirlər. Əgər oğlanın telefonuna bu proqram gizli şəkildə yüklənibsə, onun hara getdiyi və kimə mesaj yazdığı, kiminlə danışdığı haqda məlumat dəqiqliklə öyrənilə bilər.

Xəyanət agentləri: Çində isə xəyanətlə mübarizə bir qədər fərqlidir. Belə ki, bu ölkədə qısqanc arvadları ərlərinin onlara xəyanət etməsi o qədər də maraqlandırmır. Onlar ərin sevgi macəralarının nəticəsindən qorxurlar. Boşanmaq sərfəli deyil, çünki boşanma zamanı çox az pay ala bilirlər.
“Cju Lifey” şirkəti xəyanətlərin tapılması üçün yeni xidmət təklif edir. Şirkət xəyanətdən şübhələnən arvada öz agentini təklif edir. Agent əri izləyərək, onun görüşdüyü qadın haqqında ətraflı məlumat öyrənir: məşuqu pul, yoxsa seks maraqlandırır? Yaxud da ortada həqiqi sevgi var? Bu, çinli xanımlara xoşagəlməz nəticələrin qarşısını öncədən almağa yardım edir. Ortada pul, yaxud seks varsa, onlar məsələnin üzərinə çox da getmirlər. Əgər sevgi varsa, təcili hərəkətə keçir və problemi həll etmək istəyirlər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri