ŞAD XƏBƏR! İşsizlərə pul veriləcə

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 274
Səs ver:
(səs: 0)
“İlk növbədə bildirim ki, beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemi onun mahiyyətinə uyğun olaraq əslində sosial müdafiə sisteminin əhatə etdiyi tədbirlərdən biri kimi qəbul olunur.

Bu sistem əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bu fəaliyyət nəticəsində əldə etdikləri gəlirlərin sosial risklər nəticəsində itirilməsi hallarında həmin gəlirlərin kompensasiya olunmasına xidmət edir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Türkiyə, ABŞ, Yaponiya, Almaniya, Estoniya, Fransa, İtaliya, Ukrayna və başqa dövlətlərin təcrübəsi diqqətlə öyrənilməklə, bu sahədə ən mütərəqqi prinsiplər əsas götürülməklə hazırlanıb”.

BiG.AZ xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

“Eyni zamanda, işsizlikdən icbari sığorta üzrə tariflər dünyada tətbiq olunan müvafiq tariflər üzrə ən aşağı səviyyədə, yəni sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əməkhaqqının və qanunvericilikdə müəyyən olunmuş qaydada əmək müqaviləsinə xitam verildikdə işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi məbləğində, yəni cəmi 1 faiz miqdarında müəyyən edilib.

Bu sığorta tarifləri hazırda mövcud olan vahid sığorta haqqına daxil deyildir. Sığorta ödənişi həyata keçirilmiş işçi işsiz qaldığı təqdirdə, ona sığorta ödənişinin verilmə müddəti ilk dəfə müraciət zamanı 6 aydan, təkrar müraciət zamanı isə 3 aydan artıq olmayaraq nəzərdə tutulur.

Belə bir sistemin qurulması ölkəmizdə həm işsizlərin sosial müdafiəsinin güclənməsində, həm də daha səmərəli və çevik aktiv əmək bazarı siyasətinin icrasında uğurlu bir addım olacaqdır”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri