Azərbaycanda ŞOK QƏRAR: Ölən şəxsin yanında yalnız həyat yoldaşı dəfn edilə bilər

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 2 294
Səs ver:
(səs: 0)
"Milli Məclis gələn il "Məzarlıqlar haqqında" qanun layihəsinə baxacaq".

Apa-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qanun layihəsində yeni salınacaq məzarlıqlarda məzar və sinə daşlarının ölçüləri, məzarlar arasındakı məsafə, məzarlıqlarla yaşayış məntəqələri arasındakı məsafə, kimsəsiz insanların dəfn məsələsi yer alıb: "Bəzən kimlərsə qəbiristanlıqda əlavə yer götürür. İnsan vəfat etmədən məzarlıq yaradırlar. Gələcəkdə buna yol verilməyəcək. Məzarlıqlar haqda yeni qaydalara uyğun olaraq, şəxs vəfat edibsə, o vəfat etdikdə yalnız onun özünün vəsiyyətinə uyğun olaraq, onun yanında kişidirsə, xanımı, xanımdırsa, həyat yoldaşı dəfn oluna bilər. Başqa heç bir halda əlavə yer götürülməsinə icazə verilməyəcək ".

O qeyd edib ki, yeni qaydalara əsasən, məzarlıqlar yenə bələdiyyələrin sərəncamında olacaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri