Alimlər ŞOK XƏBƏRDARLIQ: Sabunlar ömrü qısaldır VƏ ...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 150
Səs ver:
(səs: 0)
Alimlər antibakterial sabunlardan istifadənin insanların ömrünü qısaltdığını bildirirlər.

Tədqiqatın nəticələrinə görə, sabundakı antibakterial və gigiyenik təsirli kimyəvi tərkiblər ömrü qısaldır. Siçovulların üzərində aparılmış təcrübə nəticəsində məlum olub ki, yedirmə dövründə triklokarban maddəsinin təsirinə məruz qalan siçovulların ömrü nəzərə çarpacaq dərəcədə qısalır.
Tədqiqata əsasən inkişafın erkən mərhələsində - laktasiya dövründə orqanizm triklokarbanın neqativ təsirinə məruz qalır. Alimlərə görə, triklokarban kişi cinsindən olan siçovullarda artıma və cinsiyyət orqanlarının inkişafına mənfi təsir göstərə bilər. Mütəxəssislər tədqiqat nəticəsində yedirmə dövründə və ya ana bətnində bunun nəslə təsir edə biləcəyini müəyyən etməyə çalışıblar.

Alimlər hamiləlik dövrünə görə siçovulları (siçovullarda 21 gün davam edir) iki qrupa bölüblər. Birinci qrupu adi yemlə yediriblər, digər qrupun yeməyinə triklokaban əlavə ediblər. İkinci qrup siçovulların qanında 0,6 faiz triklokarban müşahidə olunub, bu, 15 dəqiqə ərzində duş qəbul etmiş insanın qanındakı triklokarban maddəsinin miqdarına uyğundur. Nəticədə məlum olub ki, qida vasitəsilə kimyəvi maddə qəbul edən siçovulların ömrü daha qısadır. Bundan başqa, alimlər kimyəvi maddənin zərərli təsirini məhz yedirmə dövrü ilə əlaqələndirirlər.(publika)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri