Gənc Qadına Təcavüz Edib Facebookdan BELƏ Canlı Yayımladılar - DÜNYANI ŞOKA SALAN OLAY!

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 9 606
Səs ver:
(səs: 0)
İsveçin Uppsala şəhərində bir evdə gənc bir qadına təcavüz edən 3 şübhəli, təcavüz səhnələrini Facebookdan canlı yayımladılar. Video materialını ələ keçirən Uppsala polisi 20 yaşlarındakı üç gənci "ağır təcavüz cinayəti" səbəbiylə həbs etdi.


Canlı Yayımdan Xəbərsizmiş kimi Evin Qapısını Döydülər
Dünən səhər gələn bir xəbər üzərinə təyin olunan ünvana gedən polis dəstələri canlı yayımdan xəbərsizmiş kimi evin qapısını döyərək içəridəki təcavüzə məruz qalan qadın və iki kişi ilə danışmağa başladı.

Evdəki Kişilər Həbs Edildi
Sonra evdəki kişiləri həbs edən alan polis dəstələri təcavüzə məruz qalan gənc qadını səhiyyə nəzarəti və sübutların təsbiti üçün xəstəxanaya apardılar.

Təcavüzə Uğradığı Haqqında Danışmaması üçün Razı Salınmağa Çalışırdı
Təcavüzkarların iki fərqli vaxda canlı yayımladıqları təcavüz görüntülərini görərək polisə zəng edən Linda Johansson adlı gənc qız "İzləyərkən ürəyim parçalandı. Səhər səkkiz radələrində mən ikinci canlı yayımı gördüm. Gənc qadın kameranın qarşısında oturarkən video çəkən şəxs qadını təcavüzə uğradığını deməməsi üçün razı salmağa çalışırdı. Sözü həmişə qadının ağzına tıxır, çox istehza ilə danışırdı və veriliş boyu daim gülürdü. Dərhal polisə zəng etdim". dedi.

Əvvəl Sadəcə Pis Bir Zarafat Olduğunu Düşündüm
Qapalı Facebook qrupunda təcavüz hadisəni görən Lovisa adlı bir başqa şahid də "İki nəfər qadını yatağa atıb təcavüz etdilər. Qadın şok vəziyyətində idi. İlk əvvəl pis bir zarafat olduğunu düşündüm" dedi. Sonra polisə zəng etdim". dedi.

İsveçdə Cəzası ən Çox 10 İldir
İsveç qanunlarına görə ağır təcavüz cinayəti ən az dörd il, ən çoxu 10 il həbs ilə cəzalandırıla bilir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 9 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri