Azərbaycanda məşhur elmi işçi əri tərəfindən vəhşicəsinə döyüldü

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 528
Səs ver:
(səs: 0)
Ötən gün Bakıda qadın həyat yoldaşı tərəfindən döyülüb.

32 yaşlı Quliyeva Aidə Ağagül qızı döyülmə xəsarəti ilə təcili tibbi yardım maşını ilə Goradil qəsəbəsindəki evindən 3 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələrdən sonra A.Quliyeva qadın ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırmalar aparılır. İşi araşdıran təhqiqatçı Fədail Mövsümovun sözlərinə görə, Aidə Quliyeva ilkin izahatında həyat yoldaşı Zaur tərəfindən döyüldüyünü qeyd edib. Onun sözlərinə görə, belə hadisələr dəfələrlə baş versə də, polisə müraciət etmək istəməyib.

Qeyd edək ki, zərərçəkmiş Aida Quliyeva Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisidir. Bir neçə elmi əsərlərin müəllifidir.

mənbə: salamnews
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri