SON DƏQİQƏ! Pensiyaçılarla bağlı daha bir qərar - 65 YAŞA QALDIRILIR!

Müəllif: Nigar
Şərhlər: 10
Baxılıb: 2 825
Səs ver:
(səs: 0)
PENSİYA “İSLATLARI” İLƏ BAĞLI QANUN LAYİHƏSİNİN MAHİYYƏTİ BƏLLİ OLDU


Pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasının və parlamentin qarşıdan gələn yaz sessiyasının müzakirələrinə çıxarılaraq qəbulunun nəzərdə tutulmasının əsl mahiyyəti bəlli olub.


Bu, 2008-cu ildən dünyada başlanan, başladılan və son illər daha kəskin xarakter alan maliyyə-iqtisadi böhranın Azərbaycana da təsir etməsi, daha doğrusu, maliyyə çatışmazlığının yaranması ilə bağlıdır.


Bu haqda bilgiləndirən və israrla adının çəkilməsini istəməyən hökumətdəki yüksək çinli məmurunun bildirdiyinə görə, qanun layihəsinin təşəbbüskarı da elə təmsilçisi olduğu qurum və Prezident Administrasiyasının (PA) müvafiq şöbəsidir.


Qanun layihəsində 3 radikal müddəanın nəzərdə tutulduğunu deyən mənbə bildirib ki, əsas məsələ ölkədə pensiya yaş həddinin artırılmasıdır.


“Bildiyiniz kimi, axırıncı, yəni, bir neçə il öncəki dəyişiklikdən sonra ölkədə qadınların pensiya yaş həddi 60 yaşa qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin daha 5 il artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması təklif olunur. Ancaq bu proses birdən-birə baş verməyəcək, yəni, yarım illə, mərhələlərlə həyata keçiriləcək və nəhayət də qadınların pensiya yaş həddi 65 yaş olacaq. Qadınlar da artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar. Digər iki mühüm müddəa da var ki, onlar barədə hələlik heç nə demək istəmirəm. Fevralın 3-də parlamentin müvafiq komitəsində keçiriləcək müzakirələrə nazir Səlim Müslümovun da qatılması elə bununla bağlıdır. Nazirimizin orada geniş çıxış edəcəyi və təfərrüatlı məlumat verəcəyi gözlənilir… “- deyə, mənbə sonda sözlərinə əlavə edib. (Gununsesi.info)
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri