Trampdan müsəlmanlara DAHA BİR ŞOK - DÜNYANI SİLKƏLƏYƏN XƏBƏR! - VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 266
Səs ver:
(səs: 0)
ABŞ-ın ədliyyə naziri vəzifəsini icra edən Sally Yates prezident Donald Trampın 7 müsəlman ölkəsi qaçqınlarının Birləşmiş Ştatlara buraxılmamasını nəzərdə tutan sənədi icra etməyəcəyini bəyan etdiyi üçün tutduğu vəzifədən çıxarılıb.

BiG.AZ xəbər verir ki, Sally Yates bu vəzifədən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən azad olunub.

Keçmiş prezident Barak Obamanın dövründə ədliyyə nazirinin müavini vəzifəsində çalışmış Sally Yates artıq Tramp administrasiyasında çalışmayacaq.

Ağ Evin yaydığı açıqlamada deyilir ki, Sally Yates Birləşmiş Ştatlar vətəndaşlarını qorumaq naminə hazırlanmış sənədin icrasından imtina edərək, ABŞ dövlətinə və Ədliyyə Nazirliyinə xəyanət edib.

Bəyanatda həmçinin qeyd olunur ki, Sally Yates tutduğu vəzifədə qeyri-peşəkar və iradəsizlik nümayiş etdirdiyi üçün artıq o bu vəzifədən azad olunub.

Xatırladaq ki, Donald Trampın imzaladığı fərman 7 müsəlman ölkəsi - İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndən olan qaçqınların ABŞ-a buraxılmamasını nəzərdə tutur.

mənbə: publika.az

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri