Hövsanda DƏHŞƏT: Özündən 25 yaş böyük sevgilisinin başını kəsdi - SƏBƏB VƏ TƏFƏRRÜAT

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 1 769
Səs ver:
(səs: 0)
Suraxanı rayonu Hövsan qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

25 yaşlı oğlan özündən 20 yaş böyük sevgilisinin başını kəsib. Göyçay rayon sakini olan 45 yaşlı Zülfiyyə Rəhimova qəsəbə kənarındakı kafelərdən birində çalışırmış. Zülfiyyə Rəhimovanın qeyri-rəsmi nikah münasibətində olduğu Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən öldürüldüyü bildirilir. Cinayəti törətdikdən sonra Suraxanı rayonu 30-cu Polis Bölməsinə təslim olan P.Cəbrayılov qətli qısqanclıq zəmnində törətdiyini etiraf edib.

Zülfiyyə Rəhimova qəsəbədə kirayədə qalırmiş. Qadının dördüncü sinif şagirdi olan 10 yaşlı qızı qəsəbə məktəblərindən birində təhsil alır. Hadisə baş verən gün Z. Rəhimova qızının sinif rəhbərinə zəng edərək uşağı ondan başqa heç kimə təhvil verməməyi tapşırıb. Müəllim ananın bu tapşırığına əməl edib.

Dərs bitdikdən bir neçə saat keçməsinə baxmayaraq, anadan xəbər çıxmadığını görən müəllim şagirdi ilə birlikdə onların yaşadıqları evə yollanıb. Qapını döysə də açan olmayıb.
Daha sonra müəllim qapının açıq olduğunu görərək içəri daxil olub. Gördüyü mənzərə qarşısında dəhşətə gələn müəllim uşağı dərhal çölə çıxarıb. Qətl hadisəsi ilə bağlı məlumatı da ərazi üzrə polis bölməsinə müəllim xəbər verib.

Əldə etdiymiz digər məlumata görə, Z.Rəhimova Türkiyə vətəndaşı ilə rəsmi nikahda olub. Bir neçə il əvvəl həyat yoldaşı onu tərk edərək öz ölkəsinə gedib. (cebhe.info)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri