ŞOK! SON DƏQİQƏ! ANS-dən sonra daha bir telekanal da BAĞLANACAQ - GÖRÜN HANSI...

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 7 940
Səs ver:
(səs: 0)
“Hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir.Hətta deyərdim ki, artıqdır. Onları azaltmaq lazımdır ki, reklam bazarında olan vəziyyət müəyyən qədər düzəlsin”.

BiG.AZ xəbər verir ki, bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli unikal.org-a müsahibəsində səsləndirib.

MTRŞ sədrinin bu ideyasını təklif və anons kimi qiymətləndirmək də olar. N.Məhərrəmli ANS-dən sonra daha bir telekanalın bağlanacağına eyham vurub.

Ehtimal etmək olar ki, yaxın gələcəkdə efirdən daha bir tezlik çıxarılacaq. Azərbaycan efir məkanının tənzimlənməsi prosesi getməkdədir.

Amma MTRŞ sədrinin dediyi kimi, sayını azaltmaq lazım olan telekanallardan hansının yayımı dayandırılacaq? Təbii ki, AzTV, Mədəniyyə kanalı, İdman Azərbaycan, İctimai TV, Xəzər TV və ATV nəzərdə tutulmayıb.

Yerdə qalan Space və Lider TV-dir. Lider TV hakimiyyətin mühüm projesidir və iqtidarın sözü əsasən bu telekanaldan söylənir.Bəzi siyasi piar kampaniyaları da Lider TV tərəfindən yayımlanır.

Bu məntiqlə illərdir ki, başı üzərində qara buludlar dolaşan, səhmlərin bir hissəsinin Sevil Əliyevaya aid olduğu iddia edilən, son zamanlar tamaşaçı kütləsi azalan, bayağı verilişlərlə ekranda qalan Space TV-nin fəaliyyətinə xitam veriləcəyi gözləniləndir.

Telekanaların xəbər siyasəti, intellectual verilişlər bloku, reklam bazarı, məkədaşlarının maaşı aşağı səviyyədədir. Uzun müddətdir ki, Space böhran yaşayır. Əgər N.Məhərrəmlinin dediyi kimi, telakanalların sayını azaltmaq lazım olacaqsa, növbə ANS-dən sonra Space-ə çata bilər.

İdman Azərbaycan kanalının da bağlanması real ehtimaldır. Efirin idman blokunu rəngarəng dolduran SBC sport kanalı var.

Həmçinin İTV və AzTV vacib oyunları yayımlayır. Xəzər TV-nin də idman verilişləri baxımlıdır. Bu mənada sözügedən telekanal heç nə ilə fərqlənməyib, izafi xərclərə səbəb olur.

Bundan başqa, region kanalları da bazarda özünə yer tutub. İqtisadi böhran teleradioların da fəaliyyətinə təsir edib. Bəzi telekanal və radiolarda ixtisarlar aparılıb, bəzi verilişlərin yayımı dayandırıb.

Telekanal rəhbərlikləri maksimum dərəcədə qənaət rejiminə əməl etməyə çalışır. Habelə “Lider TV”, “ARB TV”, “İctimai TV” də böhrandan sovuşa bilməyib. Telekanalların sponsor dairələri, hansı oliqarxlara yaxınlığı da ciddi nəzarətə alınır, öyrənilir.

Telekanallarda hansı oliqarxa bağlı şirkətlərin malların, onlara məxsus restoran və klinikaların reklam edilməsi də xüsusi araşdırılır.

İqtidar telekanalların maliyyə mənbələrini tam nəzarətə almaqla “kimin hansı musiqini sifariş etdiyini” bilmək niyyətindədir. İddialara görə, iqtidar artıq ən yüksək səviyyədə etiraf edilən böhran dövrünə hazırlaşması səbəbindən telekanallara nəzarəti gücləndirir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri