8 yaşındaykən anası ayaqlarını kəsdirdi, 15 il sonra möcüzə baş verdi - ŞOK FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 16 027
Səs ver:
(səs: 0)
Xəyallarınızdan nə olursa olsun, heç vaxt əl çəkməyin. İnam və qətiyyətlə hər şeyə nail olmaq mümkündür. Oksana adlı qız da belə insanlardan biridir. Oksana həyata bir addım geridən başlayıb. Ancaq nə olursa olsun, ümidini heç zaman itirməyib. Hər kəsin imkansız olduğunu düşündüklərini belə bacarıb.
Oksana Bondarchuk 19 iyun 1989-cu ildə Ukraynanın Hmelnitski şəhərində dünyaya gəlib. Qızın bir ayağı digərindən daha qısa olub. Onun bu şəkildə anadan olmasının səbəbinin Çernobıl faciəsi olduğu ehtimal edilib.oksana1
Bu vəziyyətdə dünyaya gələn Oksanadan ana və atası hələ körpə ikən imtina edir. O, uzun illər müxtəlif uşaq evlərində yaşayır. Uşaqlığından qalan tək xatirələri yoxsulluq, aclıq və fiziki şiddətdir.
Ancaq günlərində birində Oksananın həyatı dəyişir. Gay Masters adlı Amerikalı loqoped azyaşlı qızı övladlığa götürməyə qərar verir. Masters balaca Oksana ilə ilk görüşdüyü anları “inanılmaz” olaraq səciyyələndirir.oksana3
Masters həmin vaxtları belə xatırlayır: “Fotosunu gördüm və o mənim qızım olmalıdır dedim. Övladlığa götürmə prosesi çox çətin keçdi. Bir il yarım ərzində isə prosedurlar həyata keçirildi və balaca Oksana Ukraynadan ABŞ-a gətirildi. 7 yaşında olan Oksananın boyu heç bir metr belə deyildi və çəkisi 13 kiloydu. Bir kəlmə İngiliscə danışa bilmir.”

Oksananı övladlığa götürən müəllimə onu çox sevir və qızcığaz özünü həyatında ilk dəfə bu qədər sərbəst hiss etməyə başlayır, xoşbəxt olur.
Həkimlər anaya Oksananın bir ayağı digərindən daha uzun olduğu üçün hər iki ayağını kəsməyi və yerinə protez ayaq qoymağı təklif edir. Belə olacağı təqdirdə Oskananın gəzməkdə çətinlik çəkməyəcəyini bildirirlər. Oksana 8 yaşında olanda hər iki ayağı amputasiya olunur. oksana4
Ancaq Oksana həyat sevincini bir an olsun itirmir. Avarçəkmə idmanıyla məşğul olamğa başlayır və bu sahədə uğurlar əldə edir. 2012-ci ildə isə bir müsabiqədə qalib olur. Qısa müddət sonra isə ABŞ üçün əlil olimpiadalarında yarışmağa başlayır. İlk yarışında bürünc medal qazanır. Ancaq bununla da kifayətlənmir. Oksana Dünya Kuboku və Olimpiadalarında xizəksürmə, biatlon və velosiped yaraşıları üzrə də mükafatlar qazanır.oksana6
Daha sonra modellik etmək qərarına gəlir. Bir vaxtlar idmançı ola biləcəyinə inanılmayan gənc qız qısa müddətdə bu sahədə də istedadlı olduğunu hər kəsə sübut edir, hətta bir çox mükafatlar da alır.
Özünə olan inamı və əzmi sayəsində Oksana mümkünsüz heç nəyin mümkün olmadığını hər kəsə, eləcə də bizlərə bir daha daha sübut edir. oksana5
Belə həyat hekayələrinə rast gəldikcə heç vaxt ümidimizi itirməməliyik. Oksananın həyat hekayəsindən öyrənəcəyimiz çox şey var.B
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 16 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri