Kamili məhkəməyə verən jurnalist xanım KAMİLİ BELƏ SUSDURDU: "Bir gün bir qeyrətli bir oğul çıxar və Kamili ..."

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 5 190
Səs ver:
(səs: 0)
Dünən "Stalinin başı” filminin qala gecəsi keçirilib. Qala gecəsində aktyor və aktrisalarla yanaşı, şou biznes əhli də qatılıb. Gecəyə qatılanlar arasında qalmaqallı idmançı Kamil Zeynallı və tanınmış jurnalist Əfruzə Ağayeva da olub.
Kamil Zeynallı Cebhe.info-ya yaxın günlərdə İnstagram hesabını aktiv edəcəyini və jurnalistlə qalmaqalından danışıb:
"Mən çox əsəbiyəm. İnstagram hesabımı da özüm bağladım ki, bir az ara sakitləşsin, əsəblərim düzəlsin. İnstagram hesabım açıq qalsaydı yenə əsəbləşib söyəcəkdim deyə bağladım. Həm də ailəm məndən çox xahiş elədi ki, bağla İnstagram-ı ona görə bağladım. Amma bu yaxında inşallah İnstagram-ımı açmaq fikrim var. Bir məsəl də var, deyir ki, xoruz yox idi deyə səhər açılmırdı? İnstagram yoxdu mənə lap rahatdı. Dost tanışla rahat oturub söhbətləşə bilirəm, uşağımla oynaya bilirəm rahat hər kəsə vaxt ayıra bilirəm”.
Həmçinin jurnalist xanımla olan məhkəmə prosesindən danışan Kamil Zeynallı yaxın günlərdə məhkəmə prosesinin başlayacağını, təzminat ödəməyə hazır olduğunu qeyd edib:
"Proses bu yaxında olacaq. Məhkəmə olmasını mən çox istəyirəm. Çünki onlar çox gözləyirlər ki, mən ondan üzr istəyəcəm, amma bu olmayacaq. Məhkəmə hansı məbləğdə təzminat təyin etsə, o insanın da qiyməti o olacaq. Onlar bilirlər ki, mənim üzr istəməyim mümkün deyil, heç vaxt üzr istəməyəcəm. Düzdür, mən onu söymüşəm, təhqir etmişəm, özümü günahkar sayıram. Ona görə məhkəmə olmağını istəyirəm ki, məhkəmədə deyim ki, demişəm, söymüşəm əcəb eləmişəm və təzminatını da ödəyim çıxım. Bu o demək olacaq ki, məhkəmə onun söyülmək qiymətini təzminat kimi mənə təyin edəcək ki, yəni bu xanımı söyməyin qiyməti bu qədərdi, ödəyib, söyün. Məbləğindən asılı olmayaraq mən təzminatı ödəməyə hazıram.
Övladıma gələn qada-bəla o pulla getsin. Heç bir güzəşt olmayacaq. Çünki mən ona güzəştə getdim Samiraldo söhbətində. Amma sonra götürdü Zoriklə şəklimi yaydı. Mən cinsi azlıqlara qarşıyam deyə məni onlarla qarşılaşdırdı. Amma, o, Zorikin arıqlamağı yüzlərlə insanın bizə müraciət etməsinə səbəb oldu. Bu da götürüb yaymışdı ki, özü cinsi azlıqlara qarşı olsa da, onlarla şəkil çəkdirib”.
Kamil Zeynallı həmçinin Gülayın bu məsələlərə münasibətindən də söz açıb:
"İnanın məni hələ sakitləşdirən odur. Mənim qarşımı alan odur. Hələ o olmasa, mən daha başqa-başqa işlər görə bilərdim, səbrsizliklər edə bilərdim. Bu arada onu da qeyd edim ki, saytlar yazmışdı ki, mən guya hava limanında qara siyahıya salınmışam bu da yalandır, deyirdilər verilişi bağlanır, o da yalandır”.
Qarşı tərəf olaraq big.az
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri