Mehman Hüseynovdan xəbər var: 5 nəfərlik kamera, AzTV...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 486
Səs ver:
(səs: 0)
İki il müddətə azadlıqdan məhrum edilən bloqçu Mehman Hüseynovun vəkili onun saxlanma şəraiti ilə bağlı məlumat verib.

"Qaynar" "qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında bir az əvvəl Şüvəlan Təcridxanasında Mehman Hüseynovla görüşdüyünü yazıb:

"Həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafatlarından qalmır. Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir.

Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi. Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri