SON DƏQİQƏ! Azərbaycanda keçmiş məmuru döyə-döyə öldürdülər - GÖRÜN HANSI MƏMUR

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 037
Səs ver:
(səs: 0)
2 gün əvvəl Abşeron rayonunun "28 May" qəsəbəsində 51 yaşlı Tapdıq Məmliyevin döyülərək öldürülməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Hadisə T.Məmliyevin oğlu ilə həmyerlisi Səftər Hacıyevin övladı arasındakı mübahisədən sonra baş verib. Belə ki, uşaqlar dalaşarkən bir-birinin ünvanına nalayiq sözlər işlədib. S.Hacıyevin oğlu bu barədə atasına məlumat verib. Xəbəri eşidəndə sərxoş vəziyyətdə olan S.Hacıyev bundan sonra qardaşı Bəxtiyar və əmisi oğlu Şahmarla birgə Tapdıq Məmliyevin üstünə gedib. Onlar arasındakı mübahisə münaqişəyə çevrilib və həmin şəxslə 51 yaşlı Tapdıq Məmliyevi döyərək xəsarətlər yetiriblər. Başından ağır xəsarət alan T.Məmliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilir ki, hadisədən sonra qəsəbə sakinləri hadisəni törədən şəxslərdən oradan köçüb getmələrini tələb ediblər. Qətlə yetirilən T.Məmliyev xeyli vaxt bələdiyyədə rəhbər vəzifədə işləyib və qəsəbə sakinləri arasında hörmət sahibi imiş.

Araşdırmalar davam etdirilir.

mənbə: lent.az
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri